Yeniyetmə güləşçilərimiz “Victory Cup” turnirində üç medal qazanıblar

13.04.2019 15:12
97
Yeniyetmə güləşçilərimiz “Victory Cup” turnirində üç medal qazanıblar

Antalyada yeniyetmə güləşçilər arasında “Victory Cup” turniri start götürüb.


Azərbaycan Güləş Federasiyası xəbər verir ki, yarışın ilk medalçıları müəyyənləşib. Yunan-Roma güləşçimiz Nihad Məmmədli (55 kq) bütün rəqiblərinə qalib gələrək fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.


Sərbəst güləşçilərimizdən Riad Aslanov gümüş, Zirəddin Bayramov (hər ikisi 55 kq) isə bürünc medal qazanıblar.


Turnirə aprelin 14-də yekun vurulacaq.


Ekspress.az

  • SON XƏBƏR
  • TREND