• 8 °C Bakı
  • 3 °C Quba
  • 8 °C Gəncə
  • 8 °C Yevlax
  • 6 °C Naxçıvan

"Azercell" qiymətləri bahalaşdırır

12.01.2019 01:41
142
"Azercell" qiymətləri bahalaşdırır

"Azercell Telecom" MMC fevralın 12-dən etibarən fakturalı və fakturasız (Sim-Sim) abunəçilər üçün SMS tariflərini artırır.


Ekspress.az xəbər verir ki, bu barədə şirkətin saytında yerləşdirilmiş elanda bildirilir.


12.02.2019-cu il tarixindən etibarən, fakturasız (SimSim) xətt sisteminə aid nömrələrdə mövcud olan “Azercellim”, “Bizimkilər”, “Hər yerə”, “GəncSim”, “Bölgə”və “Tələbə birliyi” tarifləri çərçivəsində hər bir SMS-in qiyməti 5 qəpik təşkil edəcəkdir. Eyni zamanda “GəncOl” və “Kombo” tarifləri çərçivəsində təqdim edilən paketdən əlavə göndərilən hər bir SMS-in qiyməti 5 qəpik təşkil edəcəkdir.


12.02.2019-cu il tarixindən etibarən, fakturalı xətt sisteminə aid nömrələrdə mövcud olan “Bizimkilər”, “Hər yerə”, “Biznes200”, “Aile Tarif”, “Dövlətcell”, “SOCAR” və “Mediacell” tarifləri çərçivəsində hər bir SMS-in qiyməti 5 qəpik təşkil edəcək. Eyni zamanda “Hədsiz” və “Hədsiz Zəng” tarifləri çərçivəsində təqdim edilən paketdən əlavə göndərilən hər bir SMS-in qiyməti 5 qəpik təşkil edəcəkdir.

Açar sözlər:
  • SON XƏBƏR
  • TREND