Əlil və şəhid ailələri daha 10 il mənzillə təmin olunacaqlar - SƏRƏNCAM


25.01.2019 20:53
250
Əlil və şəhid ailələri daha 10 il mənzillə təmin olunacaqlar  - SƏRƏNCAM

Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlil olmuş şəxslər və şəhid ailələrinin mərhələlərlə mənzil və ya fərdi evlə təmin edilməsi üçün nəzərdə tutulan müddət 10 il artırılıb.  


Ekspress.az xəbər verir ki, Prezident İlham Əliyev bununla bağlı “Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlil olmuş şəxslərin və şəhid ailələrinin sosial-məişət şəraitinin yaxşılaşdırılmasına dair əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2014-cü il 20 iyun tarixli 569 nömrəli Sərəncamında dəyişiklik edilməsi barədə” sərəncam imzalayıb.


Sərəncamda deyilir:


“Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlil olmuş şəxslərin və şəhid ailələrinin sosial-məişət şəraitinin yaxşılaşdırılmasına dair əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2014-cü il 20 iyun tarixli 569 nömrəli Sərəncamında (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2014, № 6, maddə 700) aşağıdakı dəyişikliklər edilsin:

1. 1-ci hissədə “2014-2018-ci” sözləri “2014-2028-ci” sözləri ilə əvəz edilsin.

2. 3.1-ci bənddə “2015-2018-ci” sözləri “2015-2028-ci” sözləri ilə əvəz edilsin.

Açar sözlər: