Ərdoğan: “Seçkilərin nəticələri ilə bağlı mübarizəmizi axıradək davam etdirəcəyik”


18.04.2019 14:45
279
Ərdoğan: “Seçkilərin nəticələri ilə bağlı mübarizəmizi axıradək davam etdirəcəyik”

“Bələdiyyə seçkilərinin nəticələri ilə bağlı mübarizəmizi axıradək davam etdirəcəyik”.


Ekspress.az xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan “Memur-Sen” təşkilatının toplantısında İstanbul Böyükşəhər Bələdiyyəsi sədrliyinə seçkilərin nəticəsinə işarə edərkən deyib.


“Mərkəzi Seçki Komissiyası nöqtə qoyandan sonra bu iş başa çatacaq. Həqiqət uğrunda mübarizəmizdən niyə narahatsınız?”, - o vurğulayıb (report).


Qeyd edək ki, İstanbul Böyükşəhər Bələdiyyəsi sədrliyinə seçkilərdə Cümhuriyyət Xalq Partiyasının namizədi Əkrəm İmamoğlu qalib gəlib.


Ekspress.az

  • SON XƏBƏR
  • TREND