Türkiyə ordusu daha 23 terrorçunu zərərsizləşdirib

12.01.2019 22:10
141
Türkiyə ordusu daha 23 terrorçunu zərərsizləşdirib

Türkiyə Silahlı Qüvvələri 23 terrorçunu zərərsizləşdirib.


Ekspress.az xəbər verir ki, Türkiyə mətbuatının yaydığı məlumata görə, həmin terrorçular ötən il dekabrın 28-dən bu il yanvarın 11-dək keçirilən əməliyyatlar zamanı məhv edilib.


Qeyd edilir ki, PKK-ya qarşı Diyarbəkirdə aparılan antiterror əməliyyatları zamanı xeyli sayda silah-sursat, o cümlədən 12 tüfəng, 3 tapança, 3 qumbaraatan, 4 əl qumbarası, 1584 müxtəlif döyüş sursatları, partlayıcı maddələr, habelə narkotik maddələr və s. müsadirə edilib.


Əməliyyatlar zamanı terrorçuların 7 sığınacağı məhv edilib.


Terrorçulara qarşı əməliyyat zamanı 1 türk hərbçisi şəhid olub, 4 hərbçi yaralanıb.


Açar sözlər:
  • SON XƏBƏR
  • TREND