Messi "Barselona"nın heyətində ən çox qələbə qazanan futbolçudur

18.03.2019 09:41
137
Messi "Barselona"nın heyətində ən çox qələbə qazanan futbolçudur

İspaniya La Liqasının 28-ci turu Lionel Messi üçün əlamətdar olub.


Ekspress.az-ın məlumatına görə, "Betis"lə (1-4) matçda het-trik edən argentinalı klubun heyətində qələbə sayına görə rekord təzələyib.

Messi bu göstəricidə keçmiş komanda yoldaşı, yarımmüdafiəçi Xavini geridə qoyub. Forvard Kataloniya təmsilçisinin heyətində keçirdiyi 674 oyunun 477-də qalib gəlib. Yarımmüdafiəçi isə 767 oyundan 476-da qələbə ələ edib.


Həmçinin Messi La Liqada 333-cü qələbəsini qazanmaqla Andoni Subisaretta (eks -Barcelona) və İker Kasilyasın (eks-Real) bölüşdüyü rekorda yaxınlaşıb. Hər iki futbolçu İspaniya çempionatında 334 dəfə qələbə sevinci yaşayıb.


Açar sözlər:
  • SON XƏBƏR
  • TREND