• 24 °C Bakı
  • 22 °C Quba
  • 26 °C Gəncə
  • 25 °C Yevlax
  • 26 °C Naxçıvan

Mi­sir­də azər­bay­can­lı­la­rın di­as­por fəa­liy­yə­ti ge­niş­lə­nir

14.11.2018 19:39
201
Mi­sir­də azər­bay­can­lı­la­rın di­as­por fəa­liy­yə­ti ge­niş­lə­nir

Soy­daş­la­rı­mı­zın bir his­sə­si Af­ri­ka qi­tə­sin­də yer­lə­şən öl­kə­lər­də məs­kun­la­şıb. Müx­tə­lif mə­lu­mat­la­ra gö­rə, soy­daş­la­rı­mız Mi­sir, Əl­cə­za­ir, Cə­nu­bi Af­ri­ka Res­pub­li­ka­sı və Su­dan­da da­ha çox­dur.


Cə­nu­bi Af­ri­ka Res­pub­li­ka­sın­da (CAR) nə qə­dər soy­da­şı­mı­zın ya­şa­ma­sı ba­rə­də də­qiq mə­lu­mat yox­dur. CAR azər­bay­can­lı­la­rı­nın çox his­sə­si­ni İran­dan olan soy­daş­la­rı­mız təş­kil edir. Əsa­sən ti­ca­ri sa­hə­də iş apa­ran soy­daş­la­rı­mız CAR-da or­ta sə­viy­yə­li tə­bə­qə­yə aid­dir. Bu­ra­da Azər­bay­can Res­pub­li­ka­sın­dan olan azər­bay­can­lı­lar say­ca az­lıq təş­kil edir­lər. On­la­rın ək­sə­riy­yə­ti mü­əy­yən iş­lə bağ­lı ola­raq CAR-da məs­kun­laş­ma­lı olub­lar. 2002-ci il­də pay­taxt Pri­to­ri­ya şə­hə­rin­də ilk Azər­bay­can cə­miy­yə­ti tə­sis olu­nub. Af­ri­ka­nın cə­nu­bun­da ya­şa­yan azər­bay­can­lı­la­rı bir ara­ya gə­tir­mək, mə­də­ni təd­bir­lər və Azər­bay­ca­nı la­yi­qin­cə CAR-da təm­sil et­mək cə­miy­yə­tin əsas məq­səd­lə­ri­dir.

Af­ri­ka qi­tə­sin­də məs­kun­laş­mış azər­bay­can­lı­la­rın sa­yı ilə bağ­lı mə­lu­mat az­dır. Am­ma Mi­sir və Əl­cə­za­ir­də yüz­min­lər­lə, Su­dan­da 20 min nə­fər azər­bay­can­lı­nın ol­du­ğu məlm­dur.


Mi­sir­də azər­bay­can­lı­la­rın ak­tiv­li­yi da­ha güc­lü­dür. Azər­bay­can­lı­la­rın Mi­sir­də məs­kun­laş­ma­sı II dün­ya mü­ha­ri­bə­sin­dən son­ra­kı döv­rə tə­sa­düf edir. Al­man or­du­su­nun tər­ki­bin­də fəa­liy­yət gos­tə­rən azər­bay­can­lı mü­ha­cir­lə­rin mü­ha­ri­bə­dən son­ra köç­dük­lə­ri öl­kə­lər içə­ri­sin­də Mi­sir­də var. Bə­zi ta­ri­xi mən­bə­lər­də II Dün­ya mü­ha­ri­bə­sin­dən son­ra əsir dü­şən azər­bay­can­lı­la­rın in­gi­lis və fran­sız hər­bi qüv­və­lə­rin­dən xi­las edi­lə­rək Mi­sir­də yer­ləş­di­ril­mə­si ba­rə­də mə­lu­mat­la­ra rast gəl­mək müm­kün­dür. Mi­sir kra­lı və onun ya­xın adam­la­rı­nın sa­yə­sin­də xi­las olan soy­daş­la­rı­mız Mi­sir­də ev­lə, iş­lə tə­min olun­muş və öz­lə­ri­ni qo­ru­maq məq­sə­di ilə pə­ra­kən­də və giz­li for­ma­da ya­şa­ma­ğa məc­bur ol­muş­lar. Cə­nu­bi Azər­bay­can­dan da mü­ha­ci­rət pro­se­si­nin güc­lən­mə­si nə­ti­cə­sin­də Mi­sir­də azər­bay­can­lı­lar ic­ma­sı ya­ra­dıl­dı. Ener­ji­li, in­tel­lek­tu­al və so­si­al ba­xım­dan xey­li fə­al və gənc he­sab olu­nan azər­bay­can­lı­lar 90-cı il­lər­dən eti­ba­rən ic­ti­mai hə­yat da fə­al iş­ti­rak et­mə­yə baş­la­mış­lar. Ha­zır­da Mi­sir­də on min­lər­lə həm­və­tə­ni­mi­zin ya­şa­dı­ğı­na da­ir təs­diq­lən­mə­miş mə­lu­mat­lar var. Mi­sir­də təh­sil alan gənc­lə­ri­mi­zin işi­ni qə­na­ət­bəxş he­sab et­mək olar. 1999-cü il­dən baş­la­ya­raq, Qa­hi­rə ra­dio­sun­da iq­ti­sa­di, si­ya­si, mə­də­ni və di­ni proq­ram­lar ha­zır­la­yan Azər­bay­can xid­mə­ti ya­ra­dı­lıb.

Mi­sir­də Azər­bay­can di­as­po­ru­nun səd­ri Sey­mur Nə­si­rov­dur. O, Qa­hi­rə Uni­ver­si­te­ti­nin mü­əl­li­mi­dir. Uzun il­lər­dir Mi­si­rin keç­miş baş müf­ti­si və dün­ya­nın ən məş­hur alim­lər­dən bi­ri olan Pro­fes­sor Şeyx Əli Cü­mə­nin xa­ri­ci tə­lə­bə­lə­rin işi üz­rə kö­mək­çi­si­dir.


S.Nə­si­rov Azər­bay­can və Mi­sir ara­sın­da müx­tə­lif sa­hə­lər­də əla­qə­lə­rin in­ki­şa­fın­da önəm­li rol oy­na­yır. Nə­si­rov "Kas­pi" qə­ze­ti­nə ver­di­yi mü­sa­hi­bə­sin­də Mi­sir­də­ki fəa­liy­yət­lə­ri ilə bağ­lı ət­raf­lı mə­lu­mat ve­rib. O bil­di­rib ki, Mi­si­rə ilk qə­dəm qoy­du­ğu gün­dən, di­as­por fəa­liy­yə­ti­nə baş­la­yıb. S.Nə­si­rov hər za­man və­tə­ni­mi­zi gö­zəl dav­ra­nış və xey­riy­yə fəa­liy­yət­lə­ri­miz­lə təm­sil et­mə­yə ça­lış­dıq­la­rı­nı söy­lə­yib: "Mi­si­rin ən mö­tə­bər uni­ver­si­tet­lə­rin­də Azər­bay­can­la bağ­lı konf­rans­lar­da çı­xış­la­rım haq­qın­da ya­yı­lan xə­bər­lər­də də di­as­por fəa­lı ki­mi təq­dim olu­nur­dum. Qı­sa za­man ər­zin­də çox­lu təd­bir­lər ke­çir­dik. Də­fə­lər­lə Mi­si­rin döv­lət te­le­vi­zi­ya ka­na­lın­da Azər­bay­ca­nın ta­ri­xi, in­cə­sə­nə­ti, tu­rizm po­ten­sia­lı və da­hi şəx­siy­yət­lə­ri haq­qın­da söh­bət aç­dıq. İlk də­fə ola­raq Azər­bay­can mət­bə­xi­ni di­as­po­run fə­al xa­nım­la­rı va­si­tə­si­lə Mi­sir döv­lət te­le­vi­zi­ya va­si­tə­si ilə təq­dim et­dik. Azər­bay­can-Mi­sir ta­ri­xi əla­qə­lər haq­qın­da mə­qa­lə ya­zıb, qə­zet­də dərc et­dir­dik. Bur­da­kı sə­fir­li­yi­miz­lə bir­gə uni­ver­si­tet tə­lə­bə­lə­ri ara­sın­da "Mən Azər­bay­can haq­qın­da nə bi­li­rəm" mü­sa­bi­qə­si­ni təş­kil et­dik. Mi­si­rin mö­tə­bər uni­ver­si­tet­lə­rin­də ilk də­fə ola­raq Azər­bay­can di­li­nin təd­ri­si­nin azər­bay­can­lı di­as­por fə­al­la­rı tə­rə­fin­dən apa­rıl­ma­sı­nı təş­kil et­dik. Bu yol­la da biz yüz­lər­lə tə­lə­bə­yə Azər­bay­can di­li ilə ya­na­şı, və­tə­ni­mi­zin ta­ri­xi­ni, coğ­ra­fi­ya­sı­nı, mə­də­niy­yə­ti­ni və hə­qi­qət­lə­ri­ni çat­dır­ma­ğa ça­lı­şı­rıq. Mi­sir­də təş­kil olu­nan yer­li və bey­nəl­xalq təd­bir­lər­də də­fə­lər­lə iş­ti­rak edə­rək, və­tə­ni­miz­lə bağ­lı hə­qi­qət­lə­ri çat­dır­ma­ğa ça­lı­şı­rıq. Qeyd et­di­yim ki­mi, uzun il­lər­dir tə­lə­bə­lə­rə dəs­tək ol­ma­ğa ça­lı­şı­ram, xü­su­si­lə də azər­bay­can­lı tə­lə­bə­lə­rə. Sa­də­cə, tə­lə­bə­lər de­yil, ey­ni za­man­da yük­sək və­zi­fə­li və elm sa­hə­sin­də ta­nın­mış azər­bay­can­lı­la­ra la­zı­mı kö­mək­li­yi gös­tə­ri­rik".


O qeyd edib ki, Mi­sir­də Hey­dər Əli­ye­vin xa­ti­rə­si hər il anı­lır: "Ümum­mil­li li­der Hey­dər Əli­ye­vin ana­dan ol­ma­sı­nın 94-cü il dö­nü­mü ilə əla­qə­dar Azər­bay­ca­nın Mi­sir­də­ki sə­fir­li­yi tə­rə­fin­dən sil­si­lə təd­bir­lər ke­çi­ri­lib. Biz də bir di­as­po­ra təş­ki­la­tı­nın nü­ma­yən­də­lə­ri ki­mi təd­bir­lə­rin fə­al iş­ti­rak­çı­la­rı idik".


Sey­mur Nə­si­rov de­yib ki, be­lə təd­bir­lər­dən bi­ri bu ilin ma­yın­da Mi­si­rin beş mil­yon əha­li­si olan Qəl­yu­biy­yə əya­lə­tin­də ke­çi­ri­lib. "Bu əya­lət­də yer­lə­şən Mi­sir-Azər­bay­can Dost­luq par­kı­na gə­lən sə­fir­lik əmək­daş­la­rı, bu­ra­da ya­şa­yan, iş­lə­yən, təh­sil alan azər­bay­can­lı­lar, Qəl­yu­biy­yə­nin qu­ber­na­to­ru ge­ne­ral Mah­mud Aş­ma­vi, Mi­sir ic­ti­ma­iy­yə­ti­nin ta­nın­mış xa­dim­lə­ri, KİV nü­ma­yən­də­lə­ri, Azər­bay­ca­nın Mi­sir­də­ki di­as­po­ra­sı əv­vəl­cə sö­zü­ge­dən park­da yer­lə­şən mə­də­niy­yət və təh­sil oca­ğı­nı zi­ya­rət et­di, ora­da qu­ru­lan Azər­bay­can və ulu ön­dər Hey­dər Əli­ye­vin gü­şə­lə­ri ilə ta­nış ol­du­lar. Təd­bir iş­ti­rak­çı­la­rı ümum­mil­li li­der Hey­dər Əli­ye­vin Azər­bay­can-Mi­sir Dost­luq par­kın­da ucal­dıl­mış hey­kə­li­ni zi­ya­rət edib və hey­kə­lin önü­nə gül-çi­çək­lər qo­ya­raq, Ulu ön­də­rin əziz xa­ti­rə­si­ni yad et­di­lər".


Mi­sir­də­ki fə­al­la­rı­mız sa­də­cə azər­bay­can­lı­lar­la de­yil həm də bi­zə da­ha ya­xın olan xalq­la­rın di­as­po­ra təş­ki­lat­la­rı ilə əmək­daş­lıq edir. Əmək­daş­lıq edi­lən di­as­por­ta təş­ki­lat­la­rın­dan bi­ri Qa­za­xı­san di­as­po­ra nü­ma­yən­də­lə­ri­dir.


S.Nə­si­rov, Mi­sir­də Qa­za­xıs­tan Res­pub­li­ka­sı­nın sə­fi­ri Ər­mən İs­sa­ğə­li­yev­lə gö­rü­şə­rək bu ba­rə­də ət­raf­lı mü­za­ki­rə apa­rıb. Di­as­por­la İş üz­rə Döv­lət Ko­mi­tə­si­nin mə­lu­ma­tı­na əsa­sən, gö­rüş­də öl­kə­lə­ri­miz ara­sın­da ta­ri­xi dost­luq əla­qə­lə­rin­dən də bəhs edi­lib. Sə­fir bil­di­rib ki, Azər­bay­can di­as­po­ru­nun Mi­sir­də təh­sil alan qa­za­xıs­tan­lı tə­lə­bə­lə­rə ver­dik­lə­ri dəs­tək­dən ol­duq­ca məm­nun­dur.

Qeyd edək ki, S.Nə­si­rov Mi­sir­də təh­sil alan 52 öl­kə­dən olan 1000-dən çox tə­lə­bə ilə sıx iş­lə­yir və on­la­rın ara­sın­da qa­za­xıs­tan­lı tə­lə­bə­lər də çox­dur.


Gö­rü­şün so­nun­da S.Nə­si­rov 100 azər­bay­can­lı alim və ədib­dən bəhs edən ki­ta­bı­nı sə­fi­rə hə­diy­yə edib.


Mi­sir­də­ki Azər­bay­can ic­ma­sı­nın fəa­liy­yə­ti iki öl­kə­nin rəs­mi şəxs­lə­ri­nin gö­rü­şün­də də nə­zər­dən ke­çi­ri­lir. 2018-ci ilin ik­tyab­rın 29-d Di­as­por­la İş üz­rə Döv­lət Ko­mi­tə­sin­də Mi­sir Ərəb Res­pub­li­ka­sı­nın Par­la­ment səd­ri­nin bi­rin­ci müa­vi­ni Əs-Sey­yid Mah­mud Əş-Şə­ri­fin rəh­bər­lik et­di­yi nü­ma­yən­də he­yə­ti ilə gö­rüş ke­çi­rib.


Gö­rüş­də Mi­sir-Azər­bay­can əla­qə­lə­ri, Mi­sir­də­ki Azər­bay­can ic­ma­sı­nın öl­kə­nin mə­də­ni, so­si­al, iq­ti­sa­di hə­ya­tın­da­kı ro­lu mü­za­ki­rə olu­nub. Döv­lət Ko­mi­tə­si­nin səd­ri qeyd edib ki, iki öl­kə ara­sın­da mü­na­si­bət­lə­rin da­ha da in­ki­şaf et­mə­sin­də xalq­la­rı­mız ara­sın­da ta­ri­xi əla­qə­lə­rin, pre­zi­dent­lə­rin qar­şı­lıq­lı sə­fər­lə­ri­nin, elə­cə də di­as­por təş­ki­lat­la­rı­nın bö­yük ro­lu var. Azər­bay­can­la Mi­sir ara­sın­da mə­də­ni, iq­ti­sa­di və di­gər sa­hə­lər­də ol­du­ğu ki­mi di­as­por fəa­liy­yə­tin­də də mü­na­si­bət­lə­rin in­ki­şaf et­di­ril­mə­si­nin va­cib­li­yi vur­ğu­la­nıb. Bu məq­səd­lə Döv­lət Ko­mi­tə­si ilə Mi­si­rin Miq­ra­si­ya və Xa­ric­də­ki Mi­sir­li­lər­lə İş üz­rə Döv­lət Na­zir­li­yi ara­sın­da əla­qə­lə­rin qu­rul­ma­sı qə­ra­ra alı­nıb. Qarş­lıq­lı əmək­daş­lı­ğın Azər­bay­can hə­qi­qət­lə­ri­nin dün­ya­ya çat­dı­rıl­ma­sın­da da sə­mə­rə­li ola­ca­ğı diq­qə­tə çat­dı­rı­lıb.


Par­la­ment səd­ri­nin bi­rin­ci müa­vi­ni Əs-Sey­yid Mah­mud Əş-Şə­ri­fi isə Mi­si­rin Azər­bay­ca­nın əra­zi bü­töv­lü­yü­nü və su­ve­ren­li­yi­ni hər za­man dəs­tək­lə­di­yi­ni vur­ğu­la­yıb. O, iki­tə­rəf­li əla­qə­lə­rin, dost­luq mü­na­si­bət­lə­ri­nin möh­kəm­lən­mə­si üçün bü­tün ad­dım­la­rın atıl­dı­ğı­nı qeyd edib və Mi­si­rin Azər­bay­can­la müx­tə­lif is­ti­qa­mət­lər üz­rə əla­qə­lə­rin in­ki­şa­fın­da ma­raq­lı ol­du­ğu­nu bil­di­rib.

Mi­sir­də Azər­bay­ca­nın ta­nı­dıl­ma­sı, iki xalq ara­sın­da əla­qə­lə­rin in­ki­şaı məq­sə­di­lə Azər­bay­ca­nın Mi­sir­də Di­as­por Təş­ki­lat­la­rı Bir­li­yi­nin fəa­liy­yə­ti çox önəm­li­dir. Bir­lik hər ay Mi­sir­də müx­tə­lif təd­bir­lər hə­ya­ta ke­çi­rir.


Ok­tyabr­da ke­çi­ri­lən bir ne­çə təd­bir bu­nun sü­bu­tu­dur. Ötən ay Azər­bay­ca­nın Mi­sir­də Di­as­por Təş­ki­lat­la­rı Bir­li­yi­nin fə­al­la­rı İna­rə Os­ma­no­va, Sə­bi­nə Sə­mə­do­va və San­di Sə­lim Mi­si­rin nü­fuz­lu "Nil Mə­də­niy­yət" döv­lət te­le­vi­zi­ya ka­na­lın­da "Mə­nim ge­cəm" proq­ra­mı­nın qo­na­ğı olub­lar. Can­lı ya­yım­la­nan ve­ri­li­şin əsas möv­zu­su "Azər­bay­can qa­dı­nı keç­miş­dən bu gü­nə qə­dər" olub.

Ve­ri­liş­də azər­bay­can­lı xa­nım­lar mil­li mət­bə­xi­mi­zin, ni­şan və toy adət­lə­ri­mi­zin Azər­bay­can xal­qı­nın mə­də­niy­yə­tin­də mü­hüm yer­lər­dən bi­ri­ni tut­du­ğu­nu vur­ğu­la­yıb­lar. Di­as­por fə­al­la­rı mil­li ge­yim­lə­ri­mi­zi nü­ma­yiş et­di­rə­rək xal­qı­mı­zın ge­yim mə­də­niy­yə­ti haq­qın­da da söh­bət açıb­lar. Azər­bay­can­da qa­dın­la­rın təh­si­lə bö­yük ma­raq gös­tər­dik­lə­ri­ni qeyd edən di­as­por fə­al­la­rı Mi­sir­lə Azər­bay­can ara­sın­da ta­ri­xi və mə­də­ni əla­qə­lər­dən də da­nı­şıb­lar.

Ve­ri­liş­də Azər­bay­ca­nın xalq mah­nı­sı "Sa­rı gə­li­ni"i ifa edi­lib, öl­kə­mi­zin müa­sir si­ma­sı­nı əks et­di­rən vi­deo­çarx nü­ma­yiş olu­nub.

Ok­tyab­ra aid di­gər bir təd­bir S.Nə­si­ro­vun Mi­sir par­la­ment səd­ri­nin bi­rin­ci müa­vi­ni Sey­yid Şə­rif­lə gö­rü­şü­dür.


Di­as­por səd­ri Mi­sir ilə Azər­bay­can ara­sın­da ta­ri­xi, mə­də­ni, si­ya­si əla­qə-lər­dən, Azər­bay­can­da­kı mul­ti­kul­tu­ral də­yər­lər­dən və to­le­rant­lıq ənə­nə­lə­rin­dən söh­bət açıb. Azər­bay­can­da müx­tə­lif si­vi­li­za­si­ya­la­rın qo­vuş­du­ğu mə­kan ola­raq, əsr­lər bo­yu mil­li-mə­də­ni rən­ga­rəng­lik mü­hi­ti­nin for­ma­laş­dı­ğı­nı qeyd edib. Bun­dan baş­qa, S.Nə­si­rov Azər­bay­can hə­qi­qət­lə­rin­dən da­nı­şa­raq Xo­ca­lı soy­qı­rı"mı­nın dün­ya­nın bir çox öl­kə­lə­rin­də ta­nın­dı­ğı­nı diq­qə­tə çat­dı­rıb.

Mi­sir par­la­ment səd­ri­nin bi­rin­ci müa­vi­ni Sey­yid Şə­rif isə sen­tyab­rın 21-də Azər­bay­can par­la­men­ti­nin 100 il­li­yi mü­na­si­bə­ti­lə ke­çi­ri­lən təd­bir­də iş­ti­ra­kı çər­çi­və­sin­də önəm­li gö­rüş­lər ke­çir­di­yi­ni, Azər­bay­can xal­qı­nın qo­naq­pər­vər­li-yi­nin, Ba­kı­nın gö­zəl­li­yi­nin on­da zən­gin tə­əs­sü­rat ya­rat­dı­ğı­nı vur­ğu­la­yıb.

S.Şə­rif Azər­bay­can­dan qa­yıt­dıq­dan son­ra, Azər­bay­can­la Mi­sir ara­sın­da ti­ca­ri əla­qə­lə­rin in­ki­şa­fı ilə bağ­lı bir sı­ra gö­rüş­lər ke­çir­di­yi­ni qeyd edə­rək, vi­za mə­sə­lə­lə­ri­nin sa­də­ləş­di­ril­mə­si üçün Mi­sir tə­rə­fin­dən cid­di ad­dım­lar atı­la­ca­ğı­nı bil­di­rib.


Son­da S.Nə­si­rov ərəb mən­bə­lə­ri­nə is­ti­na­dən 100 azər­bay­can­lı alim və ədib haq­qın­da yaz­dı­ğı ki­ta­bı par­la­ment səd­ri­nin bi­ri­ci müa­vi­ni­nə hə­diy­yə edib.

Ötən ay S.Nə­si­rov Mi­si­rin baş müf­ti­si, pro­fes­sor Şəv­qi Əl­ləm ilə gö­rü­şüb.


Di­as­por rəh­bə­ri Mi­sir­lə Azər­bay­can ara­sın­da ta­ri­xi, mə­də­ni, si­ya­si əla­qə­lər­dən, Azər­bay­can­da­kı mul­ti­kul­tu­ral də­yər­lər­dən və to­le­rant­lıq­dan söh­bət açıb. Müx­tə­lif si­vi­li­za­si­ya­la­rın qo­vuş­du­ğu Azər­bay­can­da əsr­lər bo­yu mil­li-mə­də­ni rən­ga­rəng­lik mü­hi­ti­nin for­ma­laş­dı­ğı qeyd edi­lib.

Pro­fes­sor Şəv­qi Əl­ləm Azər­bay­can Xalq Cüm­hu­riy­yə­ti­nin 100 il­li­yi mü­na­si­bə­ti ilə xal­qı­mı­zı təb­rik edib. O, 2017-ci ilin de­kab­rın­da, İs­lam həm­rəy­li­yi ilə bağ­lı Ba­kı­da ke­çi­ri­lən ye­kun konf­rans­da iş­ti­ra­kın­dan söh­bət aça­raq, Azər­bay­can Pre­zi­den­ti İl­ham Əli­yev­lə sə­mi­mi gö­rüş­dən xoş xa­ti­rə­lə­ri­ni bö­lü­şüb.


S.Nə­si­rov Mi­sir ta­ri­xin­də əvəz­siz rol oy­na­mış əs­lən azər­bay­can­lı olan ta­ri­xi şəx­siy­yət­lər və alim­lər haq­qın­da ge­niş mə­lu­mat ve­rib, xü­su­si­lə İbn Hə­cib əl-Dü­vi­ni, Əb­dul­hə­mid əl-Şir­va­ni haq­qın­da ge­niş mü­za­ki­rə­lər apa­rı­lıb.

 

Va­sif CƏ­FƏ­ROV

  • SON XƏBƏR
  • TREND