Parlament bu gün büdcə müzakirələrini yekunlaşdıracaq

30.11.2018 09:41
47
Parlament bu gün büdcə müzakirələrini yekunlaşdıracaq

Bu gün Milli Məclisin növbəti plenar iclası keçiriləcək.


Ekspress.az "Trend"ə istinadən bildirir ki, iclasda "Azərbaycan Respublikasının 2019-cu il dövlət büdcəsi haqqında" qanun layihəsi yekun müzakirəyə (üçüncü oxunuş) çıxarılacaq.


İclasda həmçinin "Azərbaycan Respublikasında 2019-cu il üçün ehtiyac meyarının həddi haqqında" qanun layihəsi, "Azərbaycan Respublikasında 2019-cu il üçün yaşayış minimumu haqqında" qanun layihəsi yekun müzakirələrə çıxarılacaq.


Qeyd edək ki, ümumilikdə Milli Məclisin noyabrın 27-də və 30-da keçirilən iclaslarının gündəliyinə 58 məsələ daxil edilib.


Ekspress.az

Açar sözlər:
  • SON XƏBƏR
  • TREND