Jurnalist Fuad Abbasov bu gün Azərbaycana göndəriləcək - VƏKİL

07.06.2019 13:12
151
Jurnalist Fuad Abbasov bu gün Azərbaycana göndəriləcək - VƏKİL

Rusiyada fəaliyyət göstərən jurnalist Fuad Abbasov bu gün Azərbaycana göndəriləcək.


Bu barədə jurnalistin vəkili Teyyub Şərifov məlumat verib. Vəkilin sözlərinə görə, artıq F. Abbasovun öz hesabına təyyarəyə bilet alınıb və jurnalist bu gün məcburi qaydada Azərbaycana yola salınacaq.


Jurnalist Fuad Abbasov mayın 16-da Moskva vilayətinin Ximki şəhərində saxlanılıb (APA). Ximki Şəhər Məhkəməsi onun Rusiyada yaşamaq haqqında icazəsi ləğv olunmasına baxmayaraq, vaxtında ölkəni tərk etmədiyi üçün deportasiya olunması haqqında qərar çıxarıb. F. Abbasov hazırda Moskva vilayətinin Korolyov şəhərində yerləşən miqrantlar üçün xüsusi saxlanma məntəqəsində saxlanılır.


Dünən onun ölkədən deportasiya edilməsi ilə bağlı qərardan verdiyi apellyasiya şikayətinə baxılıb. Moskva vilayət Məhkəməsi Ximski şəhər Məhkəməsi deportasiya barədə qərarı qüvvədə saxlayıb.


Qeyd edək ki, Rusiyadan deportasiya həftədə iki dəfə - ikinci və beşinci günlər icra olunur.


Ekspress.az

  • SON XƏBƏR
  • TREND