Futbol millimiz Bosniya və Herseqovina ilə yoxlama oyunu keçirəcək

06.06.2019 22:08
111
Futbol millimiz Bosniya və Herseqovina ilə yoxlama oyunu keçirəcək

17 yaşadək futbolçulardan ibarət Azərbaycan yığmasının təlim-məşq toplanışı keçirəcək.


Milli komanda iyunun 7-dən 11-dək Bakıda, iyunun 12-dən 15-dək Bosniya və Herseqovinanın Zenitsa şəhərində təlim-məşq toplanışında olacaq .


Komandamız iyunun 13-də və 15-də balkanlıların müvafiq yaş qrupundan ibarət yığması ilə yoldaşlıq oyunları keçirəcək. Məşqçilər korpusu toplanışa 24 futbolçu dəvət edib. Bu futbolçulardan Eldar Tağızadə komandaya Zenitsa şəhərində qoşulacaq.


Ekspress.az

  • SON XƏBƏR
  • TREND