Xa­ric­də ya­şa­yan azər­bay­can­lı­la­rın cə­miy­yə­tə in­teq­ra­si­ya­sı

02.11.2018 19:00
649
Xa­ric­də ya­şa­yan azər­bay­can­lı­la­rın cə­miy­yə­tə in­teq­ra­si­ya­sı

Xa­ri­ci öl­kə­lər­də ya­şa­yan azər­bay­can­lı­la­rın təş­ki­lat­lan­ma­sı və cə­miy­yə­tə in­teq­ra­si­ya­sı sa­hə­sin­də mü­hüm təd­bir­lər gö­rü­lür. Təş­ki­lat­lan­ma və in­teq­ra­si­ya məq­sə­di­lə ad­dım­lar Azər­bay­can tə­rə­fi ilə ko­or­di­na­si­ya olun­muş şə­kil­də hə­ya­ta ke­çi­ri­lir.


Xa­ri­ci öl­kə­lər­də ya­şa­yan azər­bay­can­lı­la­rın bir­li­yi­nin tə­min olun­ma­sı və təş­ki­lat­lan­ma­sı önəm­li pro­ses­dir. Bu pro­ses on­lar ara­sın­da mil­li-mə­nə­vi bir­li­yin möh­kəm­lən­di­ril­mə­si­nə xid­mət edir. Təş­ki­lat­lan­ma ey­ni za­man­da Azər­bay­can di­as­por qu­ru­cu­lu­ğu işi­nə xa­ri­ci öl­kə­lər­də ya­şa­yan azər­bay­can­lı zi­ya­lı­la­rın, gənc­lə­rin və qa­dın­la­rın, elə­cə də Azər­bay­can­da ya­şa­yan di­gər xalq­la­rın xa­ri­ci öl­kə­lə­rə köç­müş nü­ma­yən­də­lə­ri­nin cəlb olun­ma­sı zə­ru­rə­ti ilə bağ­lı­dır. Bu sa­hə­də Azər­bay­can di­as­por təş­ki­lat­la­rı qar­şı­sın­da fəa­liy­yət is­ti­qa­mət­lə­ri mü­əy­yən edi­lib.


İlk növ­bə­də xa­ri­ci öl­kə­lər­də ya­şa­yan azər­bay­can­lı­lar ara­sın­da ideo­lo­ji, mə­nə­vi, si­ya­si və iq­ti­sa­di amil­lə­rə əsas­la­nan bir­li­yin tə­min olun­ma­sı­na ça­lı­şı­lır, azər­bay­can­lı­lar ara­sın­da mil­li həm­rəy­lik və bir­lik ide­ya­la­rı təb­liğ olu­nur.

Di­as­por təş­ki­lat­la­rı­nın ya­ra­dıl­ma­sı pro­se­si­nə dəs­tək ve­ril­mək­lə ya­na­şı azər­bay­can­lı­la­rın təş­ki­lat­lan­ma­dı­ğı, ya­xud zə­if təş­ki­lat­lan­dı­ğı öl­kə­lər­də ye­ni ic­ma və bir­lik­lə­rin ya­ra­dıl­ma­sı­na diq­qət ar­tı­rı­lır.

Bu­nun üçün Azər­bay­can di­as­por təş­ki­lat­la­rı­nın fəa­liy­yə­ti­nə dəs­tək güc­lən­di­ri­lir, Azər­bay­can ic­ma­la­rı tə­rə­fin­dən təş­kil olu­nan bü­tün təd­bir­lər­də - eti­raz ak­si­ya­la­rın­da, el­mi-prak­tik konf­rans­lar­da, sər­gi­lər­də, mə­də­ni küt­lə­vi təd­bir­lər­də fə­al iş­ti­rak edi­lir, ay­rı-ay­rı öl­kə­lər­də fəa­liy­yət gös­tə­rən di­as­por təş­ki­lat­la­rı ara­sın­da in­teq­ra­si­ya me­yil­lə­ri­nin güc­lən­di­ril­mə­si, on­la­rın fəa­liy­yə­ti­nin va­hid mər­kəz­dən əla­qə­lən­di­ril­mə­si məq­sə­di­lə əla­qə­lən­di­ri­ci qu­rum­la­rın (konq­ress, fe­de­ra­si­ya, as­so­sia­si­ya) ya­ra­dıl­ma­sı­na diq­qət ay­rı­lır.


Azər­bay­can­lı­la­rın küt­lə­vi şə­kil­də məs­kun­laş­dı­ğı öl­kə­lər­də ey­ni fəa­liy­yət sa­hə­sin­də ça­lı­şan həm­və­tən­lə­ri­miz ara­sın­da əla­qə­lə­rin ya­ra­dıl­ma­sı­na səy gös­tə­ri­lir. Bu məq­səd­lə azər­bay­can­lı iş adam­la­rı, azər­bay­can­lı cur­na­list­lər, elm adam­la­rı, mə­də­niy­yət xa­dim­lə­ri bir­lik­lə­ri­nin ya­ra­dıl­ma­sı­na ça­lı­şı­lır.


Təş­ki­lat­lan­ma işin­də qa­dın­la­rın da dəs­tə­yin­dən is­ti­fa­də edi­lir. Xa­ri­ci öl­kə­lər­də ya­şa­yan azər­bay­can­lı qa­dın­la­rın di­as­por qu­ru­cu­lu­ğu işi­nə cəlb olun­ma­sı, elə­cə də ha­zır­da fəa­liy­yət gös­tə­rən di­as­por təş­ki­lat­la­rı­nın nəz­din­də Qa­dın­lar Şu­ra­sı­nın ya­ra­dıl­mas üçün təd­bir­lər gö­rü­lür.


Xa­ric­də ya­şa­yan azər­bay­can­lı­la­ra ən çox töv­si­yə edi­lən mə­sə­lə­lər­dən bi­ri də ko­or­di­na­si­ya­dır. Bu məq­səd­lə bir öl­kə da­xi­lin­də ay­rı-ay­rı­lıq­da fəa­liy­yət gös­tə­rən ic­ma və qu­rum­la­rın ko­or­di­na­si­ya şu­ra­la­rı ya­ra­dı­lır, həm­çi­nin di­as­por təş­ki­lat­la­rı­nın qi­tə­lər üz­rə bir­ləş­di­ril­mə­si pro­se­si­nin da­vam et­di­ri­lir.


Qeyd edi­lən fəa­liy­yət is­ti­qa­mət­lə­ri­nə uy­ğun ola­raq 2018-ci ilin 6 ayı ər­zin­də xa­ri­ci öl­kə­lər­də ya­şa­yan azər­bay­can­lı­la­rın, xü­su­si­lə gənc­lə­rin di­as­por qu­ru­cu­lu­ğu işi­nə cəlb olun­ma­sı, ic­ti­mai-si­ya­si fə­al­lı­ğı­nın ar­tı­rıl­ma­sı, ta­ri­xi Və­tən­lə əla­qə­lə­ri­nin möh­kəm­lən­di­ril­mə­si məq­sə­di­lə müx­tə­lif for­mat­lı 27 təd­bir hə­ya­ta ke­çi­ri­lib.


Bu təd­bir­lər­dən bir ne­çə­si­nə diq­qət ye­ti­rək. Di­as­por­la İş üz­rə Döv­lət Ko­mi­tə­si­nin mə­lu­ma­tı­na əsa­sən, 16 yan­var 2018-ci il ta­ri­xin­də Daş­kənd­də Öz­bə­kis­tan­da­kı Res­pub­li­ka Azər­bay­can Mil­li Mə­də­niy­yət Mər­kə­zi­nin (RAMMM) he­sa­bat-seç­ki konf­ran­sı ke­çi­ril­miş­dir.Təd­bir­də RAMMM-nin rəh­bər­lə­ri, Sə­mər­qənd, Bu­xa­ra, Nə­vai, Sır­dər­ya və Daş­kənd vi­la­yət­lə­rin­də­ki Azər­bay­can mə­də­niy­yət mər­kəz­lə­ri, həm­çi­nin Daş­kənd şə­hər Mə­də­niy­yət Mər­kə­zin­dən se­çi­lən nü­ma­yən­də­lər, di­as­po­ru­mu­zun üzv­lə­ri iş­ti­rak edib. Son­ra səs­ver­mə yo­lu ilə RAMMM-in 21 nə­fər­dən iba­rət ida­rə he­yə­ti se­çi­lib. Hə­min gün ye­ni se­çi­lən ida­rə he­yə­ti­nin ilk ic­la­sı da ke­çi­ri­lib. Səs­ver­mə yo­lu ilə Fir­dov­si Hü­sey­nov RAMMM-nin səd­ri, Mo­bil Məm­mə­dov bi­rin­ci, Xa­say Ab­dul­la­yev ikin­ci müa­vin, Ca­mal Əli­yev ic­ra­çı di­rek­tor se­çi­lib­lər. İc­las­dan son­ra konf­rans ge­niş tər­kib­də da­vam et­di­rib.


Fev­ra­lın 28-də Tür­ki­yə­nin İs­tan­bul şə­hə­rin­də Av­ro­pa Azər­bay­can­lı­la­rı Konq­re­si­nin (AAK) top­lan­tı­sı ke­çi­ri­lib. Top­lan­tı­da Tür­ki­yə də da­xil ol­maq­la Cə­nub-Şər­qi Av­ro­pa öl­kə­lə­rin­də azər­bay­can­lı­la­rın fəa­liy­yə­ti ilə bağ­lı ye­ni plan­lar mü­za­ki­rə olu­nub. AAK-ın pre­zi­den­ti Sa­hil Qa­sı­mov və İS­TAD rəh­bə­ri Sə­fər Ka­ra­ko­yun­lu AAK-ın fev­ral­da baş tu­ta­caq növ­bə­dən­kə­nar qu­rul­ta­yı­na ha­zır­lı­ğı da mü­za­ki­rə edib­lər.


Tür­ki­yə­li di­as­por fə­al­la­rı, o cüm­lə­dən Sə­fər Ka­ra­ko­yun­lu son bir il­də AAK-ın cid­di fə­al­lı­ğı­nı, iri la­yi­hə­lə­rə start ver­di­yi­ni vur­ğu­la­mış, bu­nun on­lar­la bir­gə plan­la­rın re­al­laş­ma­sı üçün cid­di sti­mul ola­ca­ğı­nı bil­di­rib­lər. Da­ha son­ra Tür­ki­yə, Cə­nub-Şər­qi Av­ro­pa öl­kə­lə­ri üz­rə azər­bay­can­lı­la­rın fəa­liy­yə­ti ge­niş mü­za­ki­rə olun­muş, ye­ni la­yi­hə­lər­lə bağ­lı bir­gə plan ba­rə­də qə­rar­lar qə­bul edi­lib. Ya­xın dövr­də İS­TAD-ın ev sa­hib­li­yi ilə AAK-ın İs­tan­bul fo­ru­mu­nun ke­çi­ril­mə­si ba­rə­də də qə­rar qə­bul olu­nub.


Son­da İS­TAD rəh­bə­ri Sə­fər Ka­ra­ko­yun­lu Sa­hil Qa­sı­mo­va Tür­ki­yə di­as­po­ru adın­dan fəx­ri ni­şan təq­dim edib­lər.

2018-ci ilin bi­rin­ci ya­rı­mi­li ər­zin­də azər­bay­can­lı­la­rı­nın ya­şa­dıq­la­rı öl­kə­nin cə­miy­yə­ti­nə in­teq­ra­si­ya­sı, seç­ki­li or­qan­lar­da təm­sil olun­ma­sı, ümu­mi­lik­də isə ic­ti­mai-si­ya­si fə­al­lı­ğı­nın ar­tı­rıl­ma­sı sa­hə­sin­də mü­hüm təd­bir­lər hə­ya­ta ke­çi­ri­lib. Fev­ra­lın 6-da Ru­si­ya­nın Ar­xan­gelsk vi­la­yə­tin­də Azər­bay­can di­as­po­ru­nun ida­rə he­yə­ti­nin səd­ri Tər­lan Qa­sım oğ­lu Qa­sı­mov Ar­xan­gelsk şə­hə­rin­də məs­ci­din ti­kin­ti­sin­də gös­tər­di­yi fə­al­lı­ğı gö­rə Ru­si­ya Müf­ti­lər Şu­ra­sı­nın rəh­bə­ri Ra­vil Qay­nut­din tə­rə­fin­dən me­dal­la tət­lif edi­lib­lər. Ru­si­ya Müf­ti­lər Şu­ra­sı­nın rəh­bə­ri Ra­vil Qay­nut­di­nin im­za­la­dı­ğı sə­nəd­də Tər­lan Qa­sı­mo­vun İs­lam prin­sip­lə­ri­nə sa­diq­li­yi­nə, meh­ri­ban qon­şu­lu­ğa, sül­hə, ya­ra­dı­cı­lı­ğa, mil­lət­lə­ra­ra­sı və din­lə­ra­ra­sı həm­rəy­li­yin ya­ra­dıl­ma­sı üçün gös­tər­di­yi ak­tiv fəa­liy­yə­ti­nə və ta­ri­xi Ar­xan­gelsk məs­ci­di­nin ye­ni­dən­qur­ma­sı­na ver­di­yi töh­fə­lə­rə gö­rə Ru­si­ya mü­səl­man­la­rı me­da­lı ilə təl­tif edil­di­yi ya­zı­lıb.


Ma­yın 4-də ABŞ-ın pay­tax­tın­da "Cul­tur­fi­ed" Fon­du­nun təş­ki­lat­çı­lı­ğı ilə ke­çi­ri­lən Bey­nəl­xalq Uşaq Fes­ti­va­lın­da Azər­bay­can bu il ilk də­fə ola­raq iş­ti­rak edib. Qeyd edək ki, ABŞ-ın əsas mə­də­ni və iq­ti­sa­di təd­bir­lə­ri­nin ke­çi­ril­di­yi mə­kan olan Ro­nald Rey­qan Bey­nəl­xaq Ti­ca­rət Mər­kə­zin­də ke­çi­ri­lən fes­ti­va­la Va­şinq­ton şə­hə­ri­nin sa­kin­lə­ri, o cüm­lə­dən ABŞ-ın müx­tə­lif ştat­la­rın­dan gə­lən in­san­lar qa­tı­lıb. Azər­bay­can fes­ti­val­da ABŞ-ın Bruk­lin (Nyu-York) şə­hə­rin­də fəa­liy­yət gös­tə­rən My Way mər­kə­zi­nin Qaf­qaz Ritm (My Way Cen­ter Rhythms of Cau­ca­sus NYC) ad­lı uşaq rəqs qru­pu ilə təm­sil olu­nub. Fes­ti­va­lı açıq elan edən "Cul­tur­fi­ed" Fon­du­nun pre­zi­den­ti Me­le Mel­ton ic­ti­ma­iy­yət üçün açıq olan təd­bi­rin əsas məq­sə­di­nin müx­tə­lif öl­kə­lə­rin coğ­ra­fi­ya­sı, zən­gin mə­də­ni ir­si, on­la­rın adət-ənə­nə­lə­ri­nin öy­rə­nil­mə­sin­dən iba­rət ol­du­ğu­nu qeyd edib. Qaf­qaz Ritm rəqs qru­pu­nun ifa­sın­da təq­dim olu­nan "Azər­bay­can", "Yal­lı" və "Sa­lam" rəqs­lə­ri iz­lə­yi­ci­lər tə­rə­fin­dən xü­su­si ma­raq­la qar­şı­la­nıb. Fes­ti­val­da Azər­bay­can­la ya­na­şı An­qo­la, İs­veç, Bo­li­vi­ya, Tür­ki­yə, Do­mi­ni­kan, Mi­sir, Sal­va­dor, Mi­sir, Hai­ti. İn­do­ne­zi­ya, Ke­ni­ya, Lit­va, Mon­qo­lus­tan, Pa­na­ma, Fi­lip­pin, Qa­tar, Ru­an­da, Səu­diy­yə Ərə­bis­ta­nı, Su­dan, və Uruq­vay­dan nü­ma­yən­də­lər iş­ti­rak edib. Ma­yın 18-dən 20-nə qə­dər Yu­na­nıs­ta­nın Sa­lo­ni­ki Şə­hər Li­ma­nın­da 6-cı


Mul­ti­lin­qua­lizm Bey­nəl­xalq Dil fes­ti­va­lı ke­çi­ril­miş­dir. "QA­LA" Yu­na­nıs­tan-Azər­bay­can Dost­luq Cə­miy­yə­ti Azər­bay­can di­li­nin təq­di­ma­tı­nı ke­çi­rib. Fes­ti­val iş­ti­rak­çı­la­rı Azər­bay­can di­li­nin əlif­ba­sı ilə ta­nış olub, Azər­bay­can di­lin­də söz­lər yaz­maq, oxu­maq və tə­ləf­füz et­mək im­ka­nı qa­za­nıb. Bu­nun­la ya­na­şı, Azər­bay­can De­mok­ra­tik Cüm­hu­riy­yə­ti­nin 100 il­li­yi mü­na­si­bə­ti­lə ta­ri­xi abi­də­lə­ri­miz, Azər­bay­ca­nın gör­mə­li yer­lə­ri ilə bağ­lı ma­raq­lı mə­lu­mat­lar ve­ri­lib. Mə­ra­sim­də ge­niş au­di­to­ri­ya qar­şı­sın­da Azər­bay­can di­lin­də uşaq şe­ir­lə­ri və Azər­bay­can şai­ri Sə­məd Vur­ğu­nun "Azər­bay­can" şei­ri səs­lən­di­ri­lib. Sa­lo­ni­ki şə­hə­ri­nin İc­ra Baş­çı­sı Cə­nab Yan­nis Bu­ta­ris, İc­ra Baş­çı­sı­nın Təh­sil və İd­man üz­rə Müa­vi­ni cə­nab Alek­sand­ros Bar­bu­na­kis və alim Ar­yi­ru Mum­di­du Bey­nəl­xalq Dil Fes­ti­va­lın­da Azər­bay­can sten­di­ni zi­ya­rət edib və xa­ti­rə şə­kil­lə­ri çə­ki­lib.


İyu­nun 12-17 ta­rix­lə­rin­də Di­as­por­la İş üz­rə Döv­lət Ko­mi­tə­si­nin səd­ri Fu­ad Mu­ra­do­vun Gür­cüs­ta­na sə­fə­ri çər­çi­və­sin­də bu öl­kə­də ya­şa­yan azər­bay­can­lı ic­ma nü­ma­yən­də­lə­ri, Gür­cüs­tan Azər­bay­can­lı­la­rı Ağ­saq­qal­lar Şu­ra­sı­nın üzv­lə­ri və Gür­cüs­ta­nın azər­bay­can­lı zi­ya­lı­la­rı, Gür­cüs­tan və­tən­da­şı olan azər­bay­can­lı tə­lə­bə­lər, Azər­bay­ca­nın Gür­cüs­tan­da­kı İş Adam­la­rı Bir­li­yi üzv­lə­ri, gür­cü mil­lə­tin­dən olan ay­rı-ay­rı zi­ya­lı­lar ilə də gö­rüş­lər ke­çi­rib, Ko­mi­tə­nin adın­dan Mar­neu­li şə­hə­rin­də 230 nə­fər azər­bay­can­lı­nın iş­ti­rak et­di­yi if­tar süf­rə­si açı­lıb. Gür­cüs­tan­da­kı azər­bay­can­lı ic­ma nü­ma­yən­də­lə­ri ilə gö­rüş­lər­də F.Mu­ra­dov on­la­rı va­hid bir təş­ki­lat ət­ra­fın­da bir­ləş­mə­yə ça­ğı­rıb. Həm­çi­nin sə­fər za­ma­nı F.Mu­ra­dov Gür­cüs­tan­da­kı azər­bay­can­lı ic­ma­sı­na 14 aid te­atr, mu­zey, məs­cid­lər və di­gər mə­də­niy­yət ocaq­la­rı­nı da zi­ya­rət edib. Sə­fər müd­də­tin­də F.Mu­ra­dov tə­rə­fin­dən müx­tə­lif sa­hə­lər­də uğur qa­zan­mış gənc­lə­rə, o cüm­lə­dən tə­lə­bə­lə­rə "no­ut­bo­ok"lar, Gür­cüs­ta­nın Azər­bay­can­lı Əlil­lər Cə­miy­yə­ti­nə əlil ara­ba­la­rı hə­diy­yə edi­lib. Ey­ni za­man­da, sə­fər döv­rün­də F.Mu­ra­dov Bol­ni­si və Qar­da­ba­ni ra­yon­la­rı­nın rəh­bər­li­yi­nə Hey­dər Əli­yev Fon­du­nun hə­diy­yə­si olan tə­ci­li tib­bi yar­dım av­to­mo­bil­lə­ri­ni (hər ra­yo­na bir av­to­mo­bil) də təq­dim edib.


Ko­mi­tə bil­di­rir ki, Dün­ya Azər­bay­can­lı­la­rı­nın Həm­rəy­lik Xar­ti­ya­sı­na və Dün­ya Azər­bay­can­lı­la­rı­nın IV qu­rul­ta­yı­nın Qət­na­mə­sin­də ək­si­ni ta­pan, həm­çi­nin Azər­bay­can Res­pub­li­ka­sı Pre­zi­den­ti­nin Ad­mi­nist­ra­si­ya­sı rəh­bə­ri­nin 2016-cı il 27 iyun ta­rix­li Sə­rən­ca­mı ilə təs­diq edi­lən "Dün­ya Azər­bay­can­lı­la­rı­nın IV qu­rul­ta­yın­dan irə­li gə­lən və­zi­fə­lə­rə da­ir Təd­bir­lər Pla­nı"na uy­ğun ola­raq Azər­bay­can di­as­por təş­ki­lat­la­rı­nın fəa­liy­yə­ti­nin ko­or­di­na­si­ya­sı və öl­kə hə­qi­qət­lə­ri­nin təb­li­ğin­də müa­sir in­for­ma­si­ya tex­no­lo­gi­ya­la­rı­nın tət­bi­qi­nə diq­qət ar­tı­rı­la­caq. Həm­çi­nin xa­ric­də­ki azər­bay­can­lı­la­rın in­teq­ra­si­ya­sı­nın sü­rət­lən­di­ril­mə­si, di­gər xalq­la­rın di­as­por­la­rı ilə əmək­daş­lı­ğın in­ki­şaf et­di­ril­mə­si, türk dün­ya­sı­nın bir­li­yi ide­ya­la­rı­nın ya­yıl­ma­sı və hə­ya­ta ke­çi­ril­mə­si, lob­bi qu­ru­cu­lu­ğu, gənc­lə­rin di­as­por qu­ru­cu­lu­ğu işi­nə ya­xın­dan cəlb edil­mə­si və er­mə­ni di­as­po­ru­nun öl­kə­mi­zə qar­şı an­ti-təb­li­ğat kom­pa­ni­ya­la­rı­nın qar­şı­sı­nın ef­fek­tiv şə­kil­də alın­ma­sı Di­as­por­la İş üz­rə Döv­lət Ko­mi­tə­si­nin 2019-2022-ci il­lər üz­rə fəa­liy­yə­ti­nin prio­ri­tet­lə­ri­ni təş­kil edə­cək.

 

Va­sif CƏ­FƏ­ROV

Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyi ilə çap olunur

  • SON XƏBƏR
  • TREND