Qazaxıstanda yeni nazirliyə rəhbər təyin olunub


17.06.2019 18:58
62
Qazaxıstanda yeni nazirliyə rəhbər təyin olunub

Qazaxıstan prezidenti Qasım Comərt Tokayev paytaxt Nur-Sultan şəhərinin hakimi Baxıt Sultanovun Ticarət və İnteqrasiya naziri təyin edilməsi barədə fərman imzalayıb.


Ekspress.az xəbər verir ki, sənəd ölkə prezidentinin akorda.kz rəsmi saytında yerləşdirilib.


Qeyd edək ki, bir qədər əvvəl dövlət başçısının müvafiq fərmanı ilə yaradılan Ticarət və İnteqrasiya Nazirliyinə Milli İqtisadiyyat Nazirliyinin daxili və xarici ticarət siyasətinin hazırlanması və həyata keçirilməsi, beynəlxalq iqtisadi inteqrasiya, istehlakçı hüquqlarının qorunması sahəsində, Sənaye və İnfrastruktur Nazirliyinin texniki tənzimləmə, standartlaşdırma, vahid ölçü sisteminin təmin edilməsi sahəsində, Xarici İşlər Nazirliyinin ixracatı dəstəkləməklə bağlı fəaliyyətin əlaqələndirilməsi sahəsindəki səlahiyyətləri həvalə olunub (report).


Yuxarıda göstərilənlərlə əlaqədar olaraq B.Sultanov şəhər rəhbərliyi vəzifəsindən azad edilib.


Ekspress.az

Açar sözlər:
  • SON XƏBƏR
  • TREND