"Arif Alışanov dövlət televiziyasını şəxsi bostanına çevirmişdi" - deputat

25.01.2019 01:25
522
"Arif Alışanov dövlət televiziyasını şəxsi bostanına çevirmişdi" - deputat

"Arif Alışanov kimi adamın AzTV-yə rəhbərlik etməsi Azərbaycan üçün utancverici idi. İntelektual savadı olmayan bir adamın bu cür vəzifədə olmağı doğru deyil idi. Ümumiyyətlə, üzdə olan bu cür vəzifələrə belə adamların rəhbər təyin edilməsi üzücü bir haldır. Mən bununla bağlı dəfələrlə açıq şəkildə fikirlərimi bildirmişəm. Yəni, indi Arif Alışanov vəzifədən gedib deyə bunları söyləmirəm".


Ekspress.az xəbər verir ki, bu fikirləri Milli Məclisin deputatı Fazil Mustafa ötən həftə Prezident İlham Əliyevin imzaladığı sərəncamla “Azərbaycan Televiziya və Radio Verilişləri” Qapalı Səhmdar Cəmiyyətinin (AzTV) sədri vəzifəsindən azad edilən Arif Alışanovun ona qarşı atdığı addımlardan danışarkən bildirib.


Deputat qeyd edib ki, hətta, Milli Məclisin iclasları olan zaman AzTV-nin kimə marağı var idisə, onu da işıqlandırırdı, kiminləsə münasibətləri yox idisə, onların çıxışlarını tamam kəsirdi. "Belə bir yanaşma mövcud idi. Arif Alışanov dövlət televiziyasını şəxsi bostanına çevirmişdi. Mən tənqidi çıxışlar etdiyim üçün Arif Alışanov məni AzTV-nin efirinə buraxmırdı. O, İctimai Televiziyanı da himayə edən zaman mənim çıxışlarımı bu telekanalda da qadağan etdirmişdi. Sonradan İTV-də kadr dəyişikliyi edilən zaman bu qadağa aradan götürüldü. Bu vəzifənin icrasını Rövşən Məmmədov kimi gəncə həvalə edilməsi müsbət hadisədir. Ümid edirəm ki, yeni rəhbərlik gənc və intelektual savada malik olan adam kimi insanlarımızın düzgün maariflənməsi işində daha faydalı işlər görə biləcək", - deyə Fazil Mustafa bildirib.


  • SON XƏBƏR
  • TREND