Müğənni Mətanətin falçı ilə görüntüləri yayıldı - VİDEO

19.08.2019 14:00
75
Müğənni Mətanətin falçı ilə görüntüləri yayıldı - VİDEO

Müğənni Mətanət Əsədova cənub bölgəsində baxıcı kimi tanınan Molla Məmmədsəfanın yanında olub.


Ekspress.az Baku.ws-ə istinadən xəbər verir ki, görüntülərdə Məmmədsəfa döşəyin üstündə yayxanmış vəziyyətdə, Əsədova isə onun ayaq hissəsində bardaş quraraq oturub. 


Sosial şəbəkələrdə səs-küyə və müzakirələrə yol açan bu görüntülər izləyicilər tərəfindən birmənalı qarşılanmayıb.


Müğənni sözügedən videonun yayılmasından qətiyyən narahat olmadığını bildirdi: 


"Hə, nə olsun ki, görüntülər yayılıb? O kişinin yanına müalicə üçün getmişəm. Allah köməyi olsun, müalicəsinin xeyirini görmüşəm, qabağında oxudum. Kim nə istəyir yazsın, kim nə istəyir desin. Vəssalam!".


Ekspress.az


  • SON XƏBƏR
  • TREND