"Biz parlament seçkilərini keçirəcəyik" - Venesuela prezidenti

03.02.2019 12:27
161
"Biz parlament seçkilərini keçirəcəyik" - Venesuela prezidenti

Venesuela prezidenti Nikolas Maduro dünən paytaxt Karakasda tərəfdarlarının təşkil etdiyi mitinqdə çıxış edib.


Ekspress.az xarici mediaya istinadla xəbər verir ki, Nikolas Maduro ölkədə erkən parlament seçkilərinin keçirilməsinə hazır olduğunu bəyan edib: “Onlar seçki istəyirlər? Biz parlament seçkilərini keçirəcəyik. Bu məsələ Venesuelanın Konstitusiya Assambleyası tərəfindən nəzərdən keçiriləcək".


Dövlət başçısı Venesuelada dövlət çevrilişinə cəhdin uğursuzluqla nəticələndiyini də bəyan edib. O, ölkəsində böhranın həlli üçün müxalifətin humanitar yardım təkliflərini də şərh edib. “Bunun həlli yollarını axtarmağın zamanı gəlib. Venesuela dilənçi deyil, bizə heç kimin köməyi lazım deyil”, - deyə N.Maduro bildirib.


Ekspress.az

Açar sözlər:
  • SON XƏBƏR
  • TREND