Azərbaycanda BP-nin işçi heyətinin 90%-i milliləşib

05.12.2018 18:16
34
Azərbaycanda BP-nin işçi heyətinin 90%-i milliləşib

"Azərbaycanda BP-nin işçi heyətinin 90%-i milliləşib". Ekspress.az "Report"a istinadən xəbər verir ki, bunu Azərbaycanda neft-qaz sənayesində milliləşdimə proqramının 5-ci ildönümü ilə bağlı tədbirdə BP-nin Azərbaycan, Gürcüstan və Türkiyə üzrə regional prezidenti Qəri Counz bildirib. 


"2013-cü ildə BP və SOCAR əməliyyatlarımıza cəlb olunan azərbaycanlı əməkdaşların inkişafına dəstək olmaq məqsədilə səyləri birləşdirmək üçün əməkdaşlıq sazişi imzaladı. Biz 2018-ci ilin sonunadək ixtisaslaşmış kadrların 90%-nin milliləşdirilməsinə dair öhdəlik götürdük. Biz öz vədimizə əməl etdik və bu beş illik planı yerinə yetirdik", - deyə o, qeyd edib. 


BP rəsmisinin sözlərinə görə, son 5 ildə şirkətdə yüksək vəzifədə işləyən azərbaycanlı rəhbər işçilərin xüsusi çəkisi 37%-dən 62%-ə çatıb: "2013-cü illə müqayisədə hazırda azərbaycanlı qadın əməkdaşların sayı demək olar ki, 2 dəfə artıb. Orta səviyyəli yerli rəhbər işçilərin sayı 2013-cü ildən bu vaxtadək 95%-ə çataraq rekord səviyyəyə yüksəlib".


Ekspress.az

Açar sözlər:
  • SON XƏBƏR
  • TREND