Üsamə bin Ladenin başına 1 milyon dollar qoyulmuş oğlu öldü


01.08.2019 09:44
71
Üsamə bin Ladenin başına 1 milyon dollar qoyulmuş oğlu öldü

ABŞ kəşfiyyatı "Əl-Qaidə" terror təşkilatının keçmiş rəhbəri Üsamə bin Ladenin oğlu Həmzənin öldüyü barədə məlumat əldə edib.


Bu barədə üç hökumət nümayəndəsinə istinadən NBC telekanalı məlumat yayıb.


Bununla belə onlar Həmzə bin Ladenin harada və hansı şəraitdə öldüyü barədə məlumat verməkdən imtina ediblər.


Mart ayında ABŞ Həmzənin yerini müəyyən etməyə imkan verən istənilən məlumata görə 1 milyon dollar dəyərində mükafat vəd etmişdi.


Xatırladaq ki, Üsamə bin Laden Amerika xüsusi təyinatlılarının 2011-ci ildə Pakistanda apardığı əməliyyat zamanı öldürülüb. (bakupost)


Ekspress.az

  • SON XƏBƏR
  • TREND