"Diqlas"dan sahibkarlar mallarını çıxartmağa başlayıb

08.04.2019 22:05
107
"Diqlas"dan sahibkarlar mallarını çıxartmağa başlayıb

Aprelin 6-dan etibarən sahibkarlar Bakının Nizami rayonunda yerləşən yanğın baş vermiş ticarət mərkəzindən mallarının çıxarılmasına başlayıblar. Bu barədə İqtisadiyyat Nazirliyindən bildirilib.

 

İqtisadiyyat, Maliyyə, Daxili İşlər, Fövqəladə Hallar nazirliklərinin, Baş Prokurorluğun və Dövlət Gömrük Komitəsinin əməkdaşlarının və sahibkarların iştirakı ilə akt tərtib edilərək yanmamış mallar sahibkarlara təhvil verilir, yanğın nəticəsində yararsız vəziyyətə düşmüş mallar isə müvafiq akt tərtib edilməklə Suraxanı rayonunda xüsusi ayrılmış anbara göndərilir ("marja").

 

Sahibkarlar mallarının daşınması üçün nəqliyyatla təmin olunurlar.   

 

Artıq 75 sahibkar mallarını ticarət mərkəzindən çıxarıblar.


Ekspress.az

  • SON XƏBƏR
  • TREND