Binədəki yanğından geriyə qalanlar - VİDEO

08.10.2019 11:55
140
Binədəki yanğından geriyə qalanlar - VİDEO

Xəbər verdiyimiz kimi, bu gecə Qaradağ rayonu, Binə bazarında yanğın baş verib.


Ekspress.az xəbər verir ki, 2 saatdan çox davam edən yanğında sahibkarlara ciddi ziyan dəyib. Yanğının söndürülməsinə ümumilikdə Dövlət Yanğından Mühafizə Xidmətindən 130 nəfər şəxsi heyət, 30 ədəd texnika, Xüsusi Riskli Xilasetmə Xidmətindən 37 nəfər şəxsi heyət, 5 ədəd texnika, Mülki müdafiə qoşunlarından 51 nəfər şəxsi heyət, 3 ədəd texnika cəlb olunub. 


Qeyd edək ki, Səhiyyə nazirliyinin yaydığı məlumata görə, baş verən yanğında 4 nəfər xəsarət alıb. Yanğının hansı səbəbdən baş verdiyi hələlik məlum deyil. Bununla bağlı araşdırma davam etdirilir. 


Beləliklə, Binə bazarındakı yanğından geriyə qalanlar:






(big)


Ekspress.az