Xırdalanda 4 gün əvvəl qəzada ölən qadının yaxınları axtarılır - FOTO

18.06.2019 15:36
138
Xırdalanda 4 gün əvvəl qəzada ölən qadının yaxınları axtarılır - FOTO

Dörd gün əvvəl Xırdalanda baş verən yol qəzasında dünyasını dəyişən qadının yaxınları axtarılır.


Hüquq-mühafizə orqanlarından verilən məlumata görə, qəzada ölən qadının meyiti iyunun 14-də Məhkəmə Tibbi-Ekspertiza və Patoloji Anatomiya Birliyinin Yasamal şöbəsinə daxil olub. Hadisədən 4 gün keçməsinə baxmayaraq onun yaxınları hələ də tapılmayıb (APA).


Fotodakı qadını tanıyanlardan Daxili İşlər Nazirliyinin “102” xidmətinə və ya Məhkəmə Tibbi-Ekspertiza və Patoloji Anatomiya Birliyinin Yasamal şöbəsinə məlumat vermələri xahiş olunur.


Ekspress.az