Jurnalist Fuad Abbasov Rusiyada xüsusi məntəqədə saxlanılır - Vəkil

19.05.2019 18:11
237
Jurnalist Fuad Abbasov Rusiyada xüsusi məntəqədə saxlanılır - Vəkil

Rusiyada jurnalist və bloger kimi fəaliyyət göstərən Azərbaycan vətəndaşı Fuad Abbasov mayın 16-da saxlanılıb.


Bu barədə F. Abbasovun vəkili Elman Paşayev məlumat verib. 


Vəkil bildirib ki, Moskva şəhər Məhkəməsi Federal Təhlükəsizlik Xidmətinin iddiası əsasında Fuad Abbasovun Rusiyada müvəqqəti yaşamaq üçün olan icazəsini ləğv edib: 


"Fuadın Rusiyada yaşamaq barədə icazəsinin ləğv edilməsindən xəbəri olmayıb (ONA). Mayın 16-da o, hüquq-mühafizə orqanları tərəfindən saxlanılıb".


Vəkil Fuad Abbasovun hal hazırda Moskva vilayətinin Korolyova şəhərində yerləşən miqrantlar üçün xüsusi saxlanma məntəqəsində olduğunu söyləyib:


"Fuad izolyatorda deyil, miqrantlar üçün xüsusi saxlanma məntəqəsində saxlanılır. Özü ilə danışmışam. Vəziyyəti yaxşıdır. Onun tez bir zamanda oradan çıxarılması və Azərbaycana göndərilməsi ilə məşğuluq".


Ekspress.az

 

  • SON XƏBƏR
  • TREND