Azər­bay­can di­as­po­ru Hol­lan­di­ya­da

da­ha çox iş­lər gö­rə bi­lər

24.09.2018 19:11
745
Azər­bay­can di­as­po­ru Hol­lan­di­ya­dada­ha çox iş­lər gö­rə bi­lər

Azər­bay­can Res­pub­li­ka­sı müs­tə­qil­li­yi­ni elan et­dik­dən son­ra öl­kə­nin ic­ti­mai-si­ya­si hə­ya­tın­da baş ve­rən can­lan­ma xa­ric­də ya­şa­yan azər­bay­can­lı­la­rın təş­ki­lat­lan­ma­sı­na da öz müs­bət tə­si­ri­ni gös­tər­di. Xa­ric­də­ki azər­bay­can­lı­la­rın təş­ki­lat­lan­ma­sı və qu­rum­lan­ma­sı­nın re­al pro­se­si Dağ­lıq Qa­ra­bağ ət­ra­fın­da atəş­kə­sin əl­də edil­mə­sin­dən son­ra­kı döv­rə tə­sa­düf edir.


Əl­bət­tə ki, bu təş­ki­lat­lan­ma­nın ideo­lo­ji əsas­la­rı bö­yük si­ya­si xa­dim Hey­dər Əli­yev tə­rə­fin­dən qo­yul­du. Hey­dər Əli­yev dün­ya öl­kə­lə­ri­nə et­di­yi sə­fər­lər­də hə­min öl­kə­lər­də ya­şa­yan azər­bay­can­lı­la­rın nü­ma­yən­də­lə­ri ilə gö­rüş­lər ke­çi­rər və on­la­rı Azər­bay­can­çı­lıq ide­ya­sı ət­ra­fın­da bir­ləş­mə­yə səs­lə­yir­di.


Azər­bay­can di­as­po­ru öl­kə­mi­zin müs­tə­qil­lik döv­rün­də da­ha da güc­lə­nə­rək dün­ya öl­kə­lə­rin­də Qa­ra­bağ hə­qi­qət­lə­ri­ni yay­ma­ğa baş­la­yıb. Be­lə öl­kə­lər­dən bi­ri də Hol­lan­di­ya­da fəa­liy­yət gös­tə­rən Azər­bay­can di­as­po­ru­dur ("di­as­po­ra.az").


Hol­lan­di­ya­da azər­bay­can­lı­la­rın "Con­nect" (Bir­ləş­mək) təş­ki­la­tı­nın səd­ri Vü­qar Ab­ba­sov qeyd edir ki, Ni­der­land si­ya­sət­çi­lə­ri, par­ti­ya və par­la­ment üzv­lə­ri, bə­lə­diy­yə baş­çı­la­rı ilə Azər­bay­can­la bağ­lı müs­bət tə­mas­lar da­vam edir. Ümu­miy­yət­lə, təş­ki­lat ola­raq qar­şı­ya qo­yu­lan məq­səd yer­li döv­lət qu­rum­la­rı, seç­ki­li or­qan əmək­daş­la­rı və mət­bu­at nü­ma­yən­də­lə­ri ilə dai­mi dost­lu­ğu da­vam et­dir­mək­dir: "Ey­ni za­man­da özü­müz də yer­li mət­bu­at­da za­man-za­man ya­zı­lar­la Azər­bay­can­la bağ­lı çı­xış edi­rik. Təş­ki­la­tı­mız sa­də­cə Ni­der­land­da de­yil, ey­ni za­man­da ət­raf öl­kə­lər­də də azər­bay­can­lı­la­rı bir ara­ya gə­tir­mə­yi nə­zər­də tu­tub. Bu fəa­liy­yə­tin əsas məğ­zin­də Azər­bay­can hə­qi­qət­lə­ri, əsa­sən də Er­mə­nis­tan tə­rə­fin­dən iş­ğal olun­muş tor­paq­lar, Xo­ca­lı soy­qı­rı­mı və sa­ir du­rur. Bu­nun­la bağ­lı biz öz he­sa­bı­mı­za brö­şür­lər çap et­di­rə­rək müx­tə­lif is­ti­qa­mət­də ya­yı­rıq. 2016-cı ilin no­yab­rın­da Azər­bay­ca­nın müs­tə­qil­li­yi­nin 25 il­li­yi ilə bağ­lı ke­çir­di­yi­miz bö­yük həcm­li təd­bir­də bir çox yer­li si­ya­sət adam­la­rı, par­la­ment üzv­lə­ri, bə­lə­diy­yə baş­çı­la­rı, hü­quq mü­da­fiə­çi­lə­ri və on­la­rın ai­lə­lə­ri qa­tıl­maq­la müs­tə­qil­li­yi­mi­zə, əra­zi bü­töv­lü­yü­mü­zə bö­yük dəs­tək ver­dik­lə­ri­ni açıq nü­ma­yiş et­dir­di­lər. Ümu­miy­yət­lə, bu ki­mi təd­bir­lər­də biz kü­çə­dən ke­çən­lə­ri də­vət et­mi­rik, yer­li sə­la­hiy­yət­li nü­ma­yən­də­lər də­vət alır­lar və gə­lir­lər. Bü­tün bun­lar da yer­li mət­bu­at­da ge­niş işıq­lan­dı­rıl­dı. Ha­zır­kı fəa­liy­yə­tin di­gər is­ti­qa­mət­lə­rin­dən bi­ri də Av­ro­pa­da­kı yer­li iş adam­la­rı ilə Azər­bay­can ara­sın­da sıx tə­mas­la­rın for­ma­laş­dı­rıl­ma­sı­dır".


V.Ab­ba­sov onu da bil­di­rib ki, əgər Azər­bay­can­dan is­tə­ni­lən iş ada­mı­mız ni­der­land­lı iş adam­la­rı ilə tə­mas qur­maq is­tə­yir­sə biz bu­nu çox ra­hat­lıq­la təş­kil edə bi­lər­lər: "Mən ey­ni za­man­da Ni­der­land Jur­na­list­lər Bir­li­yi­nin üz­vü­yəm və gə­lə­cək plan­la­rı­mı­za bu­ra­da bir ne­çə dil­də fəa­liy­yət gös­tə­rə­cək yer­li müs­tə­qil mət­bu­at ya­rat­maq da da­xil­dir" ("re­port.az").


"Hol­lan­di­ya Azər­bay­can Evi" Təş­ki­la­tı­nın rəh­bə­ri El­xan Mir­hə­şim­li təş­ki­la­tın ya­ran­ma zə­ru­rə­tin­dən da­nı­şar­kən bil­di­rib ki, Ni­der­land Kral­lı­ğı­nın şi­mal böl­gə­sin­də 100-ə ya­xın həm­və­tən­lə­ri­miz ya­şa­sa da, on­la­rı bir ye­rə yığ­maq üçün bir təş­ki­lat ol­ma­yıb. De­di­yi­nə gö­rə, təş­ki­lat­lar əsa­sən Rot­ter­dam, Den Ha­aq, şə­hər­lə­rin­də yer­ləş­di­yin­dən ge­diş-gə­liş bir qə­dər çə­tin olur. Təx­mi­nən 600 ki­lo­metr mə­sa­fə­ni qət edə bil­mə­dik­lə­ri üçün bir çox in­san təd­bir­lə­rə qo­şu­la bil­mir­lər. "Mən də ay­rı-ay­rı­lıq­da bu böl­gə­də olan həm­və­tən­lə­ri­miz­lə gö­rü­şüb söh­bət­lər et­dim və bu böl­gə­də "Holl­lan­di­ya Azər­bay­can Evi" Təş­ki­la­tı­nı tə­sis et­mə­yə qə­rar ver­dim. Həm­yer­li­lə­ri­miz bu­nu çox müs­bət qar­şı­la­dı­lar. Tə­bii ki, "Hol­lan­di­ya Azər­bay­can Evi" Təş­ki­la­tı ola­raq qar­şı­mı­za qoy­du­ğu­muz baş­lı­ca hə­dəf Ni­der­land-Azər­bay­can ara­sın­da dost­luq kör­pü­sü ya­rat­maq­dan iba­rət idi. Av­ro­pa­lı­la­ra öz mə­də­niy­yə­ti­mi­zi, ta­ri­xi­mi­zi, kim­li­yi­mi­zi ta­nıt­dır­maq, Azər­bay­can haq­qın­da po­zi­tiv rəy for­ma­laş­dır­maq­dır. Bu­ra­da ya­şa­yan azər­bay­can­lı­la­rın, əsa­sən gənc­lə­rin öz kim­lik­lə­ri­ni unut­ma­ma­la­rı­na ça­lış­maq is­tə­yi­rik. Çün­ki gənc nə­sil ye­ti­şir. Biz də Hol­lan­di­ya­da on­la­rı təş­ki­la­tı­mı­za cəlb edib gənc­lə­rin po­ten­sia­lın­dan ya­rar­lan­ma­ğı dü­şü­nü­rük".


Mir­hə­şim­li onu da qeyd edir ki, öl­kə­dən kə­nar­da ya­şa­yan hər bir in­san kim­li­yin­dən, si­ya­si mən­su­biy­yə­tin­dən ası­lı ol­ma­ya­raq Azə­bay­ca­nın haqq sə­si­nin dün­ya­ya çat­dı­rıl­ma­sı işin­də fə­al ol­ma­lı­dır: "Dağ­lıq Qa­ra­bağ, Xo­ca­lı soy­qı­rı­mı ki­mi mə­sə­lə­lər bi­zim ümum­mil­li prob­le­mi­miz ol­du­ğu üçün hər bir fərd bu is­ti­qa­mət­də ça­lış­ma­lı­dır. Azər­bay­can­dan kə­nar­da ya­şa­yan hər bir həm­yer­li­miz bu­nu özü­nün və­zi­fə bor­cu bil­mə­li­dir. Hər kəs bu is­ti­qa­mət­də əlin­dən gə­lə­ni əsir­gə­mə­mə­li­dir. Tə­bii ki, biz də "Hol­lan­di­ya-Azər­bay­can Evi" Təş­ki­la­tı ola­raq er­mə­ni­lə­rin iş­ğal­çı­lıq si­ya­sə­ti, 20 fai­zə ya­xın əra­zi­lə­ri­mi­zin ha­zır­da er­mə­ni iş­ğa­lı al­tın­da ol­ma­sı, Xo­ca­lı soy­qı­rı­mı­nın bey­nəl­xalq miq­yas­da ta­nı­dıl­ma­sı is­ti­qa­mə­tin­də mü­va­fiq təd­bir­lər ke­çi­rə­cə­yik. Fəa­liy­yə­ti­miz döv­rün­də za­man-za­man yu­xa­rı­da qeyd edi­lən mə­sə­lə­lər­lə bağ­lı də­yir­mi ma­sa­lar, konf­rans­lar təş­kil edə­cə­yik. He­sab edi­rəm ki, Azər­bay­can­dan kə­nar­da fəa­liy­yət gös­tə­rən hər bir di­as­por təş­ki­la­tı bu ki­mi mə­sə­lə­lər­də bir qə­dər də ak­tiv­lik nü­ma­yiş et­dir­sə biz da­ha çox uğur­la­ra im­za at­mış ola­rıq. Azər­bay­can xal­qı­nın ba­şı­na gə­ti­ri­lən mü­si­bət­lə­rin dün­ya ic­ti­ma­iy­yə­ti­nə çat­dı­rıl­ma­sı, ona hü­qu­qi-si­ya­si qiy­mə­tin ve­ril­mə­si üçün yo­rul­ma­dan ça­lış­ma­lı­yıq. Çün­ki bi­zim gö­rü­lə­si iş­lə­ri­miz hə­lə çox­dur. Nə­yə gö­rə, er­mə­ni­lər ol­ma­yan bir ha­di­sə­ni soy­qı­rım ki­mi qə­lə­mə ve­rib onu az qa­la dün­ya­nın hər bir ya­nın­da ta­nı­da bi­lir, an­caq biz ya­xın keç­miş­də, hər kə­sin gö­zü qar­şı­sın­da Xo­ca­lı­da er­mə­ni­lər tə­rə­fin­dən tö­rə­di­lən soy­qı­rı­mı hə­lə də tam mə­na­da bey­nəl­xalq ic­ti­ma­iy­yə­tə çat­dı­ra, onun ta­nın­ma­sı­na na­il ola bil­mi­rik. De­mə­li, bu­nun üçün hə­lə bi­zim çox iş­lə­mə­yi­miz la­zım­dır. Biz "Hol­lan­di­ya Azər­bay­can Evi" Təş­ki­la­tı ola­raq di­as­por və lob­bi­çi­lik fəa­liy­yət­lə­ri­ni hə­ya­ta ke­çi­rə­cə­yik. Təş­ki­lat ola­raq ça­lı­şa­ca­ğıq ki, Azər­bay­can di­as­po­ru­na mak­si­mum də­rə­cə­də öz töh­fə­lə­ri­mi­zi ve­rək. Biz öz fəa­liy­yət­lə­ri­miz­lə di­as­por hə­rə­ka­tı­na töh­fə­lə­ri­mi­zi ver­mə­yə ça­lı­şa­ca­ğıq".


E.Mir­hə­şim­li Hol­lan­di­ya­da di­as­po­run fəa­liy­yə­ti­ni qə­na­ət­bəxş he­sab et­mə­di­yi də bil­di­ri: "Dü­şü­nü­rəm ki, di­as­por təş­ki­lat­la­rı ola­raq da­ha çox iş­lər gö­rə bi­lə­rik. Çün­ki bu­nun üçün po­ten­si­al var. Hə­də­fi­miz də mə­lum­dur. Sa­də­cə gö­rü­lən iş­lə­rə dəs­tək ver­mək və dai­ma iş­lə­mək la­zım­dır. Özü də iş­lər plan­lı şə­kil­də ol­ma­lı­dır, pə­ra­kən­də hal­da de­yil. Biz öz prob­lem­lə­ri­mi­zi, dər­di­mi­zi ar­tıq bi­li­rik. Ar­tıq bağ­lı qa­pı­lar ar­xa­sın­da özü­mü­zün de­yib özü­mü­zün eşit­di­yi bəs edər. He­sab edi­rəm ki, bun­dan son­ra qa­pı­la­rı açıb di­gər hol­land təş­ki­lat­la­rı və qu­rum­lar­la ça­lış­maq za­ma­nı­dır. Mə­lu­mat üçün qeyd edim ki, Hol­lan­di­ya­da­kı er­mə­ni di­as­por təş­ki­lat­la­rı, elə­cə də sı­ra­vi er­mə­ni­lər Hol­land təş­ki­lat­la­rı ilə ça­lı­şır­lar. Qeyd edim ki, Er­mə­nis­tan-Azər­bay­can, Dağ­lıq Qa­ra­baq mü­na­qi­şə­si bi­zim ağ­rı­lı, bir nöm­rə­li prob­le­mi­miz­dir. Ona gö­rə də Azər­bay­can­dan kə­nar­da ya­şa­yan hər bir azər­bay­can­lı ki­mi məq­sə­di­miz hər za­man er­mə­ni mil­lət­çi­lə­ri­nin tor­paq­la­rı­mı­zın 20 fai­zi­ni iş­ğal et­mə­si­ni, 1 mil­yo­na ya­xın qaç­qın və məc­bu­ri köç­kü­nün öz yurd-yu­va­la­rın­dan di­dər­gin düş­mə­si, er­mə­ni­lə­rin Azər­bay­can türk­lə­ri­nə qar­şı ta­ri­xin müx­tə­lif dövr­lə­rin­də hə­ya­ta ke­çir­dik­lə­ri ter­ror və soy­qı­rım akt­la­rı­nı hər za­man hol­land və Av­ro­pa ic­ti­may­yə­ti­nə çat­dır­maq­dır" ("olay­lar.az").


Azər­bay­can-Hol­lan­di­ya Həm­rəy­lik Cə­miy­yə­ti­nin El­xan İsa­za­də Hol­lan­di­ya-Azər­bay­can mü­na­si­bət­lə­ri­nin in­ki­şa­fın­da Azər­bay­can di­as­po­ru­nun ro­lun­dan bəhs edə­rək qeyd edib ki,  

cə­miy­yə­tin xət­ti­lə 26 fev­ral Xo­ca­lı soy­qı­rı­mı­nın il­dö­nüm­lə­ri ora­da müx­tə­lif təd­bir­lər­lə qeyd olu­nur: "Elə­cə də xal­qı­mı­zın di­gər ta­ri­xi gün­lə­ri­nin, mil­li bay­ram­la­rı­nın bu­ra­da yük­sək sə­viy­yə­də qeyd olun­ma­sı ar­tıq ənə­nə ha­lı­nı alıb. Cə­miy­yə­ti­mi­zin xət­ti­lə bu­ra­da təş­kil olu­nan Azər­bay­can di­li kurs­la­rı, müx­tə­lif möv­zu­lar­da ke­çi­ri­lən mü­za­ki­rə­lər Hol­lan­di­ya ic­ti­ma­iy­yə­ti­nin ma­ra­ğı­na sə­bəb olur. Bu gü­nə qə­dər Azər­bay­can əley­hi­nə apa­rıl­mış sax­ta te­zis­lər bu­ra­da ya­şa­yan azər­bay­can­lı­la­rın di­lin­dən ger­çək şə­kil­də ic­ti­ma­iy­yə­tə çat­dı­rı­lır. Xü­su­si­lə ça­lı­şı­rıq ki, bu cür təd­bir­lər­də Hol­lan­di­ya ic­ti­ma­iy­yə­ti ilə bə­ra­bər bu­ra­da ya­şa­yan di­gər mil­lət­lə­rin, hol­land rəs­mi­lə­ri­nin, türk di­as­por təş­ki­lat­la­rı­nın nü­ma­yən­də­lə­ri­ni də cəlb edək. Hol­lan­di­ya-Azər­bay­can mü­na­si­bət­lə­ri­nin in­ki­şa­fın­da Hol­lan­di­ya­da ya­şa­yan, təh­sil alan, iş­lə­yən hər bir azər­bay­can­lı bö­yük rol oy­na­yır və bu mu­na­si­bət­lə­rinin­ki­şa­fi üçün han­sı­sa qu­ru­mun, təş­ki­la­tın mə­sul və­zi­fə­li şəx­si ol­maq müt­ləq bir şərt de­yil, mil­lə­ti­ni, döv­lə­ti­ni se­vən hər bir azər­bay­can­lı Azər­bay­can­dan kə­nar­da di­as­por mə­su­liy­yə­ti da­şı­yır. İs­tər ya­şa­dı­ğı mə­həl­lə­də, iş­lə­di­yi mü­əs­si­sə­də, oxu­du­ğu mək­təb­də hər bir hə­rə­kə­tin­də Azər­bay­ca­nı­mı­zı təb­liğ et­di­yi­ni unut­ma­ma­lı­dır və bu­na la­yiq ol­ma­lı­dır".


Ye­ri gəl­miş­kən, bir ne­çə il ön­cə Hol­lan­di­ya­da er­mə­ni di­as­po­ru­nun Azər­bay­can di­as­por təş­ki­lat­la­rı­nın ofis­lə­ri­nə hü­cum­la­rı haq­qın­da xə­bər­lər ya­yıl­mış­dı. E.İsa­za­də­yə gö­rə, er­mə­ni­lər yax­şı an­la­yır­lar ki, təb­li­ğat mü­ha­ri­bə­sin­də Azər­bay­can gü­nü-gün­dən güc­lə­nir (anl.az). "Di­as­por ilə iş Azər­bay­can döv­lə­ti­nin mü­hüm amil­lə­rin­dən bi­ri­nə çev­ri­lir. Dün­ya­nın bir sı­ra öl­kə­lə­ri və ək­sər bey­nəl­xa­laq təş­ki­lat­lar Azər­bay­ca­nın xe­yi­ri­nə ar­tıq qə­rar­lar qə­bul edir­lər. Dün­ya­nın ən in­ki­şaf et­miş öl­kə­lə­rin­də Azər­bay­can hə­qi­qət­lə­ri ilə bağ­lı iş­lər apa­rı­lır. Ümu­miy­yət­lə, di­as­por fəa­liy­yə­tin­də mil­li və döv­lət ma­raq­la­rı va­hid­dir və be­lə də ol­ma­lı­dır. He­sab edi­rəm ki, bu­ra­da­kı di­as­por təş­ki­lat­la­rı da bu sa­hə­də va­hid möv­qe­den çı­xış edir­lər. Təş­ki­lat­la­rın ni­zam­na­mə­lə­rin­də ya­ran­mış fərq­lər isə yal­nız hə­min təş­ki­lat­la­rın fəa­liy­yət struk­tu­ru, ya­xud təd­bir­lə­rin möz­vu­su ilə bağ­lı­dır. Əl­bət­tə ki, ne­cə de­yər­lər, bir­lik­dən güc do­ğar. Fəa­liy­yət gös­tə­rən hər bir di­as­po­ra­miz on­suz da ey­ni ide­ya yo­lun­da mü­ba­ri­zə apa­rır. Azər­bay­can­lı­lar bu­ra­da elə də cid­di çə­tin­lik­lər­lə üz­ləş­mir­lər. Biz ça­lı­şı­rıq ki, azər­bay­can­lı­lar bu­ra­da apa­rı­cı, fə­al qüv­və ki­mi təm­sil olun­sun­lar və Hol­lan­di­ya­nın si­ya­si-ic­ti­mai və mə­də­ni-so­si­al hə­ya­tın­da ak­tiv rol oy­na­sın­lar".


Rə­şid RƏ­ŞAD

Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyi ilə çap olunur


  • SON XƏBƏR
  • TREND