Sabahdan məktəblərdə tətil başlayır

30.04.2019 09:28
295
Sabahdan məktəblərdə tətil başlayır

Təhsil Nazirliyi 2018-2019-cu tədris ili üçün müəyyən etdiyi qrafikə əsasən ibtidai siniflər üçün əlavə yaz tətili müəyyən edilib.


Nazirlikdən Ekspress.az -a verilən məlumata görə, 1-5 may tarixlərində 5 günlük əlavə yaz tətili olacaq. Həmçinin məktəbəhazırlıq qruplarında 5 gün əlavə tətil (1-5 may) olacaq.


Ümumtəhsil məktəblərinin 2018-2019-cu dərs ilinə aid tədris planlarına əsasən, ümumtəhsil məktəbində dərs məşğələləri sentyabrın 15-də başlayıb, iyunun 14-də başa çatacaq. Dərs ili iki yarımilə bölünüb: birinci yarımil - 15 sentyabr-26 yanvar; ikinci yarımil - 1 fevral-14 iyun.


Qeyd edək ki, dərs ili ərzində aşağıdakı tətillər müəyyən edilib: 5 gün payız tətili (16-20 noyabr); 5 gün qış tətili (27-31 yanvar). İbtidai siniflər üçün 5 günlük əlavə yaz tətili (1-5 may) müəyyənləşib.


Ekspress.az