Bakı Nəqliyyat Agentliyindən kəskin hava şəraiti ilə bağlı XƏBƏRDARLIQ

15.01.2019 20:43
350
Bakı Nəqliyyat Agentliyindən kəskin hava şəraiti ilə bağlı XƏBƏRDARLIQ

"Məlum olduğu kimi, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamenti Yanvarın 16-dan 17-nə keçən gecədən başlayaraq yanvarın 18-i gündüzədək ölkə ərazisində hava şəraitinin kəskin dəyişəcəyi ilə bağlı xəbərdarlıq edib. Havanın yağıntılı olacağı, sulu qar, qar yağacağı, bəzi yerlərdə intensiv və güclü olacağı, yolların buz bağlama ehtimalı var. Bunu nəzərə alaraq, sürücülərə tövsiyə edirik ki, hərəkətdə olarkən yollarda müəyyən edilən sürət həddinə və yol nişanlarının tələblərinə riayət etsinlər".


Ekspress.az xəbər verir ki, bu barədə Bakı Nəqliyyat Agentliyinin (BNA) yaydığı açıqlamada bildirilir.


"Sərnişinlərdən dayanacaq pavilyonlarında avtobus gözləyərkən diqqətli olmalarını xahiş edirik. Həmçinin, Nəqliyyat Mübadilə Mərkəzlərinin ərazisində və digər yerlərdə yolun hərəkət hissələrinə çıxmamağı, yalnız müəyyən edilmiş dayanacaq məntəqələrində avtobuslara minib-düşməyi, yolun qarşı tərəfinə keçərkən müəyyən olunan piyada keçidlərindən istifadə etmələrini tövsiyə edirik", - deyə BNA-nın yaydığı xəbərdarlıqda bildirilir.


Ekspress.az

Açar sözlər:
  • SON XƏBƏR
  • TREND