Salyanda yol tikintisinə pul ayrılıb

02.10.2018 18:35
235
Salyanda yol tikintisinə pul ayrılıb

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Salyan rayonunun Arbatan–MarışlıSeyidsadıqlı–Quyçu avtomobil yolunun tikintisi ilə bağlı tədbirlər haqqında Sərəncam imzalayıb.


Sərəncama əsasən, 11 min nəfər əhalinin yaşadığı 4 yaşayış məntəqəsini birləşdirən Arbatan–Marışlı–Seyidsadıqlı–Quyçu avtomobil yolunun tikintisi məqsədi ilə Azərbaycan Respublikasının 2018-ci il dövlət büdcəsinin dövlət əsaslı vəsait qoyuluşu xərclərinin bölgüsündə avtomobil yollarının tikintisi və yenidən qurulması üçün nəzərdə tutulmuş vəsaitin 4,2 milyon (dörd milyon iki yüz min) manatı Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə ayrılıb.


Ekspress.az

Açar sözlər: