SOCAR 1,45 milyard manat vergi ödəyəcək

24.10.2018 11:49
277
SOCAR 1,45 milyard manat vergi ödəyəcək

2019-cu ildə SOCAR-ın (Azərbaycan Dövlət Neft Şirkəti) dövlət büdcəsinə vergi ödənişləri 1 milyard 450 milyon manat məbləğində proqnozlaşdırılır. Ekspress.az bildirir ki, bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə hökumətdən məlumat verilib.


"2019-cu ildə SOCAR-ın dövlət büdcəsinə vergi ödənişləri üzrə proqnoz 1 milyard 450 milyon manat səviyyəsində müəyyən edilib ki, bu da 2018-ci ilin göstəricisindən 20 milyon manat və ya 1,4% çoxdur", - deyə məlumatda bildirilir.


Bütövlükdə, gələn il SOCAR Vergilər Nazirliyinin xətti ilə dövlət büdcəsinə vergi daxilolmalarının 19,82%-ni təmin edəcək.


SOCAR ən iri vergi ödəyicisidir. 2017-ci ildə şirkətin büdcə ödənişləri 1 milyard 511,033 milyon manat təşkil edib və 2016-cı illə müqayisədə 8,3% artıb.


Ekspress.az

Açar sözlər:
  • SON XƏBƏR
  • TREND