Azərbaycanın daha bir paracüdoçusu Qran-pridə qızıl medal qazanıb - YENİLƏNİB


13.05.2019 18:10
214
Azərbaycanın daha bir paracüdoçusu Qran-pridə qızıl medal qazanıb - YENİLƏNİB

Azərbaycan millisi Bakıda ümummilli lider Heydər Əliyevin xatirəsinə həsr olunan paracüdo üzrə Qran-pridə ikinci qızıl medalını qazanıb.


Ekspress.az xəbər verir ki, 48 kq çəki dərəcəsində mübarizə aparan Şahanə Hacıyeva həlledici görüşdə çinli Li Liqinqi üstələyib.


Daha əvvəl kişilərin yarışında Vüqar Şirinli (60 kq) fəxri kürsünün ən yüksək pilləsinə qalxıb. 


***

Azərbaycan millisi Bakıda ümummilli lider Heydər Əliyevin xatirəsinə həsr olunan paracüdo üzrə Qran-pridə ilk medalını qazanıb.


60 kq çəkidə çıxış edən Vüqar Şirinli finalda Rumıniya təmsilçisi Florin Aleksandrunu 1:0 hesabı ilə məğlub edərək, qızıl medala yiyələnib.


***

Bakıda ümummilli lider Heydər Əliyevin xatirəsinə həsr olunan paracüdo üzrə Qran-pri yarışında Azərbaycan millisinin 6 üzvü finala yüksəlib.


Onlardan yarısı qadın, yarısı isə kişidir. 48 kq çəki dərəcəsində mübarizə aparan Şahanə Hacıyeva həlledici görüşdə çinli Li Liqinqlə üz-üzə gələcək. 57 kq-da Azərbaycanın iki cüdoçusu - Sevda Vəliyeva və Afaq Sultanova finalda qarşılaşacaqlar (report). 52 kq çəkidəki Səbinə Abdullayeva və Bəsti Səfərova isə bürünc medal uğrunda görüşdə bir-birilərinə rəqib olublar. İlk görüşündə uduzduqdan sonra təsəllivericidə də məğlub olan Gülnar Gərayova (48 kq) turnirlə vidalaşıb.


Kişilərin yarışında isə Vüqar Şirinli (60 kq) finalda Rumıniya təmsilçisi Florin Aleksandruya, Bayram Mustafayev (66 kq) gürcüstanlı Giorgi Kaldaniyə, Hüseyn Rəhimli (81 kq) isə Özbəkistan təmsilçisi Davurxom Karomatova rəqib olub. 66 kq-dakı digər idmançı Namiq Abbaslı üçüncü yer uğrunda Gürcüstan təmsilçisi Giorgi Qamyaşvili ilə qarşılaşacaq.


Qeyd edək ki, Qran-priyə mayın 14-də yekun vurulacaq.


Ekspress.az

Açar sözlər: