ƏDV-nin necə geri qaytarılacağı açıqlanıb

12.02.2019 12:04
100
ƏDV-nin necə geri qaytarılacağı açıqlanıb


Vergi Məcəlləsində edilən dəyişikliklərə əsasən, ticarət və xidmət müssisələrində ödənişlər zamanı tutulan əlavə dəyər vergisinin (ƏDV) bir hissəsinin müştəriyə qaytarılması nəzərdə tutulur. Ödənişi Pos-terminallar (nağdsız) ilə həyata keçirənlər 18% olan ƏDV məbləğinin 15%-ni, nağd edənlər isə 10%-ni geri alacaqlar.

 

Ekspress.az xəbər verir ki, vergilər nazirinin müavini Sahib Ələkbərov ƏDV-nin geri qaytarılmasına başlamaq üçün ticarət və xidmət müəssisələrində real vaxt rejimində işləyən (onlayn) kassaların quraşdırılması başa çatdırılmalı olduğunu bildirib:

 

“Bu ildən etibarən ticarət və xidmət müəssisələrində real vaxt rejimində işləyən nəzarət kassa aparatları quraşdırılacaq. Artıq test rejimində bir neçə yanacaqdoldurma məntəqəsində və ticarət müəssisəsində onlayn kassalar quraşdırılıb. Çalışırıq ki, ilin sonunadək bu işləri başa çatdıraq”. 

 

S.Ələkbərov qeyd edib ki, ƏDV sadə və avtomatik şəkildə geri qaytarılacaqdır (Marja). Həmçinin ƏDV-ni geri almaq istəyən mütləq kart sahibi olmalıdır:

 

“Alıcı gəlir ticarət şəbəkəsinə - malı aldı, çeki vuruldu və ya POS terminal vasitəsilə ödəniş aparıldı - avtomatik olaraq rəqəmlər Nazirliyin bazasında əks olunacaqdır. Çalışırıq ƏDV-nin qaytarılması avtomatik rejimdə olsun. Alıcınını çeki harasa aparması, orada yoxlanılması və ƏDV-nin geri qaytarılması olmayacaqdır. Təxminən 15 gün müddətindən sonra (alınmış mal geri qaytarıla bilər) qaytarılacaq məbləğ alıcının kartına köçürüləcəkdir. Burada nağd ödənişdən söhbət gedə bilməz. Qaytarılan ƏDV kartlara otuzdurulacaqdır”.


Ekspress.az

  • SON XƏBƏR
  • TREND