Mərkəzi Seçki Komissiyasının iclası keçirilib


13.09.2019 17:51
145
Mərkəzi Seçki Komissiyasının iclası keçirilib

Sentyabrın 13-də Məzahir Pənahovun sədrliyi ilə Mərkəzi Seçki Komissiyasının (MSK) iclası keçirilib.


Ekspress.az xəbər verir ki, Mərkəzi Seçki Komissiyası Katibliyinin Media və ictimai əlaqələr şöbəsindən verilən məlumata görə, əvvəlcə Komissiyanın 29 may 2019-cu ildə keçirilən iclasının protokolu təsdiq edilib.


Sonra MSK-nın bəzi normativ xarakterli aktlarına dəyişikliklər edilməsi məsələsinə baxılıb və müvafiq dəyişikliklər təsdiq olunub.


İclasda bəzi seçki dairələri dairə seçki komissiyalarının tərkibində dəyişikliklər edilməsi də müzakirə olunub.


Komissiyanın qərarı ilə 4 saylı Naxçıvan şəhər, 16 saylı Yasamal ikinci, 26 saylı Sabunçu birinci, 37 saylı Nizami birinci (Gəncə), 40 saylı Kəpəz ikinci (Gəncə), 71 saylı Masallı kənd, 80 saylı İmişli-Beyləqan, 83 saylı Ağcabədi-Füzuli, 93 saylı Bərdə şəhər və 108 saylı Ağstafa seçki dairələri dairə seçki komissiyalarının tərkibində dəyişiklik edilib.


Kütləvi informasiya vasitələrinin nümayəndələrinin iştirak etdikləri iclasda cari məsələlərə də baxılıb. (Azərtac)


Ekspress.az

Açar sözlər: