Sumqayıt şəhər xəstəxanasının əsaslı təmirinə 5 milyon manat ayrıldı


11.02.2019 21:20
40
Sumqayıt şəhər xəstəxanasının əsaslı təmirinə 5 milyon manat ayrıldı

Azərbaycan Prezidenti İlham Əliyev fevralın 11-də “2 saylı Sumqayıt şəhər xəstəxanasının əsaslı təmiri ilə bağlı tədbirlər haqqında” Sərəncam imzalayıb.


Ekspress.az xəbər verir ki, 2 saylı Sumqayıt şəhər xəstəxanasının əsaslı təmiri və zəruri tibbi avadanlıqlarla təchiz edilməsi məqsədilə Azərbaycan Respublikasının 2019-cu il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan Səhiyyə Nazirliyinə ilkin olaraq 5 milyon manat ayrılıb.

  • SON XƏBƏR
  • TREND