Alkoqolsuz energetik içkilərin hər litrinə görə 3 manat vergi alınacaq

30.11.2018 13:24
88
Alkoqolsuz energetik içkilərin hər litrinə görə 3 manat vergi alınacaq

Azərbaycanda istehsal olunan alkoqollu, alkoqolsuz energetik içkilər, siqarlar, elektron siqaretlər aksiz vergisinə cəlb edilir. Ekspress.az "Report"a istinadən xəbər verir ki, Milli Məclisin bu keçirilən islasında Veri Məcəlləsinə bununla bağlı əlavə qəbul edilib. Məcəllənin 190-cı (Aksizli malların siyahısı və vergi dərəcələri) maddəsinə edilən əlavəyə əsasən, alkoqollu energetik içkilərin hər litrinə 2 manat, alkoqolsuz energetik içkilərin hər litrinə 3, siqarların, o cümlədən ucları kəsilən siqarların hər bir ədədinə 1, elektron siqaretlər üçün mayenin hər litrinə 20 manat aksiz vergisi tutulacaq.


Sənəsə əsasən, tütündən hazırlanan siqaretlər və onun əvəzedicilərinin 1 000 ədədindən tutulan 12 manat aksiz vergisi 20 manata qaldırılacaq.


Bu mallara görə asksizin məbləği aksiz dərəcəsi ilə həmin malların faktiki həcminin hasilinə tətbiq edilməklə hesablanır.

 


Ekspress.az

Açar sözlər:
  • SON XƏBƏR
  • TREND