Səfir: “Fransa şəhərlərinin Qarabağla bağlı xüsusi diplomatiyası ola bilməz”


26.04.2019 17:50
326
Səfir: “Fransa şəhərlərinin Qarabağla bağlı xüsusi diplomatiyası ola bilməz”

“Fransanın ayrı-ayrı regionu və ya şəhərinin Qarabağla bağlı xüsusi diplomatiyası ola bilməz”.


Ekspress.az xəbər verir ki, bunu Fransanın Ermənistandakı səfiri Conatan Lakot aprelin 26-da Yerevanda keçirdiyi mətbuat konfransında jurnalistin “Fransanın ayrı-ayrı şəhərləri ilə Qarabağ arasında əməkdaşlıq mümkündürmü” sualına cavabında bildirib.

“Diplomatiya bir olmalı və oyun qaydalarına bir mövqedən cavab verməlidir”, - səfir vurğulayıb (report).


C.Lakot deyib ki, ATƏT-in Minsk qrupunda Fransanın iştirakı həm də Ermənistan üçün vacib nailiyyətdir.


Ekspress.az

Açar sözlər: