Mehriban Əliyeva tarixi bina ilə bağlı məsələni nəzarətə götürüb


08.05.2019 09:46
127
Mehriban Əliyeva tarixi bina ilə bağlı məsələni nəzarətə götürüb

Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva Bakının Nəsimi rayonu, Süleyman Rüstəm küçəsində yerləşən qədim binanın sökülməsi ilə bağlı məsələyə münasibət bildirib.


Ekspress.az xəbər verir ki, bu barədə Birinci vitse-prezident "İnstagram" hesabında yazıb:


“Azərbaycanın və onun paytaxtı Bakının memarlıq və tarixi irsinin qorunub saxlanılması hər birimiz üçün prioritet məsələdir. Onun həlli üçün həm vətəndaş mövqeyi, həm insanların öz doğma şəhərinin simasına biganə yanaşmaması, həm də fəal ictimai nəzarət gərəkdir. Bakının Süleyman Rüstəm küçəsindəki qədim bina ətrafında yaranmış vəziyyət dövlətin nəzarəti altındadır. Ölkəmizin mədəni irsinə xələl gətirilməməsi üçün bütün lazımi tədbirlər görülür, axı unikal və müxtəlif memarlıq abidələri bizim ümumi sərvətimizdir. Ölkəmizi, şəhərimizi doğma evimiz – ümumi evimiz kimi qorumalıyıq." (azvision)


Ekspress.az

Açar sözlər:
  • SON XƏBƏR
  • TREND