Ana yaş yarımlıq oğlunu öldürüb basdırdı


02.09.2019 16:51
124
Ana yaş yarımlıq oğlunu öldürüb basdırdı

İki gün öncə Rusiya mətbuatında Başqırdıstanda bir ailənin yaş yarımlıq uşağının gecə evdən yoxa çıxması barədə xəbərlər yer aldı. Uşağın anası övladını yedizdirib yatırdığını,səhər duranda isə yerində tapmadığını söyləmişdi. Bu fakt uşaq oğurluğu məsələsini də gündəmə gətirmişdi.


Ekspress.az xəbər verir ki, bu gün uşağın öz anası tərəfindən öldürüldüyü məlum olub.

Başqırdıstanın İsmayılovo kənd sakini 28 yaşlı Yuliya Habirova istintaq zamanı uşağını boğub öldürdüyünü və örtüyə bükərək evlərinin həyətində basdırdığını etiraf edib. Cinayət işinin üstünün açılmasına isə ananın 5 yaşlı qızının söylədikləri səbəb olub. O cinayət baş verən gecə anasının sərxoş olduğunu, kiçik qardaşının isə dayanmadan ağladığını, lakin anidən səsinin kəsildiyini söyləyib.


Hadisə ilə bağlı cinayət işi açılıb. (bizimyolinfo)


Ekspress.az

Açar sözlər: