"Neftçi"də yeni məşqçi təyinatı olub


30.08.2019 18:11
80
"Neftçi"də yeni məşqçi təyinatı olub

"Neftçi” Futbol Akademiyasının U-17 komandasının baş məşqçi vəzifəsinə Elman Sultanov təyin olunub.


Ekspress.az paytaxt təmsilçisinin rəsmi saytına istinadən xəbər verir ki, 45 yaşlı mütəxəssislə 1 illik müqavilə imzalanıb. Baş məşqçinin köməkçisi vəzifəsini isə Elgiz Kərəmli yerinə yetirəcək.


Qeyd edək ki, futbolçu kimi 1994/1995 mövsümündə "Neftçi”nin şərəfini qorumuş Elman Sultanov baş məşqçi kimi "Səbail”in əsas və əvəzedici, "Keşlə”nin isə U-16 komandasına, həmçinin "Bakılı”ya rəhbərlik edib. "Səbail”in əsas komandası ilə yüksək liqaya vəsiqə qazanmış Sultanov paytaxt təmsilçisinin əvəzedicilərinə çempionluq sevinci yaşadıb. (report)


Ekspress.az

  • SON XƏBƏR
  • TREND