Konor Həbibə təklif göndərdi - revanş ola bilər

02.01.2019 13:36
193
Konor Həbibə təklif göndərdi - revanş ola bilər

Yüngül çəkidə rusiyalı UFC çempionu Həbib Nurməhəmmədovla irlandiyalı Konor Makqreqor arasında bu il revanş döyüşü ola bilər.


Ekspress.az "qol.az"a istinadla xəbər verir ki, bunu UFC prezidenti Deyn Uayt bildirib. 

"Belə hesab edirəm ki, revanş ola bilər. Hər şey plan üzrə getsə, döyüş olacaq", - o qeyd edib.


Təkrar döyüş təklifi Konor Makqreqordan gəlib.


Xatırladaq ki, H.Nurməhəmmədov ötən ilin oktyabr ayında Konor Makqreqora qalib gəlib.

Açar sözlər:
  • SON XƏBƏR
  • TREND