Dollar türk lirəsi kursu 5,76-ya yüksəlib

23.03.2019 13:00
79
Dollar türk lirəsi kursu 5,76-ya yüksəlib

Dünən dollar/TL (Türk Lirəsi) məzənnəsi 7% yüksələrək 5.8460-a qədər qalxıb. Avro da 5% artımla 6.22-dən 6.52-yə yüksəlib.  

 

Türkiyə Mərkəzi Bankının həftəlik repo tenderlərinə bir müddətə fasilə veriləcəyini açıqlamasının ardından Dollar/TL məzənnəsi bir qədər geriləyib. Məzənnə 5,4% artımla 5.7630 lirədən bağlanıb. 

  

Bir çox inkişaf edən ölkənin pul vahidi dollar qarşısında dəyər itirib (marja). Qlobal iqtisadi inkişaf narahatlıqları, Brexit qeyri-müəyyənliyi kimi risklər Fed-in son iclasından sonra yaranan müsbət havanın dağılmasına səbəb olur. 

 

ABŞ Mərkəzi Bankının (Fed) 2019-cu ilin sonuna qədər faiz artırmayacağı mesajı verməsilə Türkiyədə dollar 1%-in üzərində düşərək 5.48-dən 5.40-a qədər geriləmişdi. Ancaq məzənnə bu səviyyələrdə qala bilməyərək yenidən yüksəlib.

 

ABŞ Prezidenti Donald Trampın Golan təpəsi ilə əlaqədar açıqlamalarından sonra Türkiyə ilə ABŞ arasında gərginliyin artacağı ehtimal edilib. Bu ehtimal da məzənnə üzərində təzyiq yaradır. Eyni zamanda, Türkiyənin Rusiyadan S - 400 alması iki ölkənin münasibətlərini pisləşdirir.

 

Digər tərəfdən xarici investorlar Türkiyədə keçiriləcək seçkidən öncə Türk lirəsini satıb dollar alırlar. Xarici sərmayəçilər seçkidən sonra pul siyasətinin yumuşaldılacağını, faizlərin aşağı salınacağını bunun da Türk Lirəsinin daha da ucuzlaşmasına səbəb olacağını gözləyirlər. 


Ekspress.az

  • SON XƏBƏR
  • TREND