Əli Əhmədov uşaq pulunun bərpasından danışdı


11.09.2019 15:10
114
Əli Əhmədov uşaq pulunun bərpasından danışdı

Azərbaycan hökuməti aztəminatlı ailələrlə bağlı böyük layihələr həyata keçirir.


Ekspress.az xəbər verir ki, bu sözləri Yeni Azərbaycan Partiyasının sədr müavini – İcra katibi Əli Əhmədov jurnalistlərə açıqlamasında deyib.


“Azərbaycanda ünvanlı sosial yardımdan çoxlu sayda vətəndaşımız yararlanır. Bu yardım çoxuşaqlı ailələr üçün də nəzərdə tutulub. Güman edirəm ki, uşaq pulu ilə bağlı məsələ araşdırıla bilər. Azərbaycanda bütün aztəminatlı ailələrə dövlət tərəfindən güzəşt olunması mexanizmi və formaları mövcuddur”, - o bildirib. (axar)


Ekspress.az


Açar sözlər: