Birinci rübdə ölkəmizdə gümüş istehsalı 5 dəfə artıb

17.04.2019 20:08
115
Birinci rübdə ölkəmizdə gümüş istehsalı 5 dəfə artıb

2019-cu ilin birinci rübündə Azərbaycanda gümüş hasilatı 1 min 108,1 kq təşkil edib, bu da 2018-ci ilin analoji dövrünün göstəricisindən 5 dəfə çoxdur. Bu barədə Dövlət Statistika Komitəsindən məlumat verilib.


Martda Azərbaycanda gümüş hasilatı 264,4 kq təşkil edib.

Eyni zamanda, DSK gümüş hasilatının bu artımının səbəbini dəqiqləşdirmir.


1 aprel 2019-cu il tarixinə hasil olunan gümüşün istehsalçı şirkətərin anbarlarındakı ehtiyat həcmi 238,8 kq təşkil edir.

2018-ci ildə Azərbaycanda gümüş hasilatı 2 min 671,1 kq təşkil edib, bu da 2017-ci ilin göstəricisindən 3,8 dəfə çoxdur.


Hökumətin proqnozlarına görə, 2019-cu ildə Azərbaycanda gümüş hasilatı 2,1 ton səviyyəsində gözlənilir.


Ekspress.az

  • SON XƏBƏR
  • TREND