Moskvada atışma zamanı ölənlər azərbaycanlı olub - YENİLƏNİB

25.04.2019 22:55
288
Moskvada atışma zamanı ölənlər azərbaycanlı olub - YENİLƏNİB

Moskvanın "Novıe Çeryomuşki" metrostansiyası yaxınlığında baş verən silahlı insidentin təfərrüatları məlum olub.


Yerli mətbuat yazır ki, ölənlərdən birinin cibindən "The Moscow Times" nəşrinin Azərbaycan əsilli jurnalisti Vaqif Hümbətova məxsus şəxsiyyət vəsiqəsinin çıxdığı bildirilir.

Lakin məlumat öz rəsmi təsdiqi tapmayıb. Belə ki, şəxsiyyət vəsiqəsinin saxta ola biləcəyi ehtimalı var. Çünki "The Moscow Times" qəzetinin redaksiyası əməkdaşlarının hamısının sağ olduğunu açıqlayıb.


İlkin məlumatlara görə, atəş açan Rəsul Abdullayev ad-soyadlı şəxsdir. Fərziyyəyə görə, o, həmyerlisinə atəş açıb, daha sonra isə özünü öldürüb.


Ehtimal edilir ki, hadisə qisas və qan düşmənçiliyi zəminində olub.


Faktla bağlı cinayət işi açılıb.




** 21:23


Rusiyanın paytaxtı Moskva şəhərində atışma olub, 2 nəfər ölüb.


Ekspress.az xəbər verir ki, hadisə şəhərin "Novıe Çeryomuşki" metrostansiyası yaxınlığında baş verib.


Polisdəki mənbə bir nəfərin atəş açıb başqasını vurduğunu, sonra isə intihar etdiyini bildirib. Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb edilib (report). Cinayət işi açılıb, araşdırma aparılır.


Ekspress.az

  • SON XƏBƏR
  • TREND