Sevinc Abbasovaya cəza istəniləcək


11.10.2019 15:00
123
Sevinc Abbasovaya cəza istəniləcək

Səbail Rayon Məhkəməsində məktəbdə intihar edən şagird Elina Hacıyevanın ölümü ilə bağlı təqsirləndirilən direktor Sevinc Abbasovanın növbəti məhkəməsi keçirilib.


Ekspress.az “Qafqazinfo”- ya istinadən xəbər verir ki, prosesdə Təhsil Nazirliyinin nümayəndəsi Elmar Kərimov çıxış edərək onlara qaldırılmış mülki iddianın təmin edilməməsini istəyib.


Vəkillər vəsatət verərək Sevinc Abbasovanın şahidlərə təzyiq etdiyini əsas gətirərək onun həbs edilməsini istəyiblər. Lakin məhkəmə vəsatəti təmin etməyib.


Prosesdə məhkəmə istintaqının başa çatdığı elan olunub. Dövlət ittihamçısı çıxış edərkən Sevinc Abbasovaya cəza istəmək üçün məhkəmədən vaxt istəyib.


Proses oktyabrın 16-da davam etdiriləcək.

Açar sözlər: