ABŞ-la Çin arasındakı gərginlik ticarət dövriyyəsini azaldıb

10.06.2019 23:20
36
ABŞ-la Çin arasındakı gərginlik ticarət dövriyyəsini azaldıb

Cari ilin yanvar-may aylarında ABŞ və Cin Xalq Respublikası (ÇXR) arasında ticarət mübadiləsi 14,5%, 209,68 milyard dollara qədər azalıb. Bu haqda ÇXR-in gömrük idarəsi xəbər verir.


ÇXR-in ABŞ-a ixracatı 8,4%, 160,115 milyard, ABŞ-ın Çinə idxalı isə 30%, 49,567 milyard dollara qədər azalıb.


2018-ci ilin nəticələrinə görə, ölkələr arasındakı ticarət mübadiləsi 28,5%, 633,5 milyard dollara qədər artmışdır.


Bloomberg iqtisadiyyatçıları ixracatın daha 3,9% düşəcəyini proqnozlaşdırırlar.


Ötən ayda Çinin ticarət balansının saldosu 41,65 milyard dollar təşkil edib.


Çinin ABŞ ilə ticarət artımı may ayında 26,89 milyard dollara qədər artaraq, son dörd ayda maksimuma çatıb.


Dünyanın iki ən böyük iqtisadiyyatı arasındakı ticarət mübahisəsi 10 mayda keçirilən danışıqların nəticəsiz başa çatmasından sonra daha da kəskinləşib.


Xatırladaq ki, ABŞ ilə ÇXR arasında münasibətlərin pisləşməsi ticarət tariflərinin qalxması ilə əlaqədar olub.


Yanvar-may ayında Çinin ixracatı ötən ilin analoji dövrü ilə müqayisədə cəmi 0,4% artıb, idxal isə 3,7% azalıb.


2018-ci ildə Çinin ixracatı və idxalatı maksimum dərəcədə düşmüşdür (banker.az). Bu, ticarət müharibəsi və iqtisadi artımın yavaşlaması ilə əlaqədar olub.


2018-ci ildə Çin iqtisadiyyatı 6,6% artıb – 1990-cı ildən bəri minimal tempdir.


Vaşinqton və Pekin arasındakı müharibə Çində iqtisadi artımı 1% azalda bilər.


Ekspress.az

  • SON XƏBƏR
  • TREND