Prezident yarmarkalarda qiymət artımına yol verməməyi tapşırıb

02.03.2019 12:45
407
Prezident yarmarkalarda qiymət artımına yol verməməyi tapşırıb


"Prezident İlham Əliyevin tapşırığı ilə bu gündən Novruz yarmarkaları keçirilir ki, sakinlərin seçim imkanı olsun".


Ekspress.az xəbər verir ki, bunu Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizov jurnalistlərlə söhbətində deyib:

 

"Həm Bakı Şəhər İcra Hakimiyyətinə, həm də Kənd Təsərrüfatı Nazirliyinə və digər strukturlara birmənalı olaraq tapşırılıb ki, yarmarkalarda qiymətlərin aşağı olmasına nəzarət edilsin. Bu formatdan səmərəli şəkildə istifadə etməliyik”. 

 

Eldar Əzizov bildirib ki, Azərbaycanda sosial yönümlü tədbirlər həyata keçirilir, addım-addım hər şeyə nail olunur: "Ölkədə qiymətləri tənzimləmə siyasəti həyata keçirilir. Bu, birbaşa Prezidentin tapşırığıdır. Gördüyünüz kimi, mütəmadi yarmarkalar təşkil edilir ki, sakinlərdə seçim imkanı olsun. Bu proses davam etdiriləcək".

 

İcra başçısı qeyd edib ki, Azərbaycan Prezidenti son günlər ərzində çox mühüm qərarlar verib.


“Mən deyərdim ki, bu qərarların dünyada analoqu yoxdur. Həmin qərarlardan biri nəticəsində vətəndaşların problemli kreditləri ilə bağlı məsələ həll olundu. Bunlar adi məsələlər deyil.

Birincisi bu onu göstərir ki, Azərbaycanın güclü iqtisadiyyatı formalaşıb və dövlət bu cür qərarlar verməyə qadirdir. İkincisi, bu gün Azərbaycan sabit bir ölkədir. Nəzərə alsaq ki, biz hazırda müharibə şəraitində yaşayırıq. Bugünkü nailiyyətlərimiz Prezident İlham Əliyevin siyasətinin nəticəsidir. Cənab Prezidentin siyasəti ümumxalq xarakteri daşıyır”, - deyə Eldar Əzizov bildirib.