S&P: neft ucuzlaşsa dollar/manat kursu 1,97-yə qədər yüksələcək

28.01.2019 11:15
164
S&P: neft ucuzlaşsa dollar/manat kursu 1,97-yə qədər yüksələcək

Azərbaycan Mərkəzi Bankı (AMB) 2017-ci ilin Aprel ayından etibarən 1 ABŞ dollarının məzənnəsini 1.70 manat səviyyəsində sabitləyib.

 

"Marja"nın məlumatına görə, bu “Standard&Poors” (S&P) beynəlxalq reytinq agentliyinin açıqlamsında bildirilir. 

 

S&P, Azərbaycanın reytinqinə yenidən baxaraq ölkəmizə dair proqnozlar da verib. Yenilənmiş proqnozlara görə, 2019-cu ilin sonunda Dollar/Manat məzənnəsi 1.79 manat səviyyəsinə, 2020-ci ilin sonunda 1.87 manata, 2021-ci ilin sonunda isə 1.97 manata qalxacaqdır.

 

“Standard & Poors” qeyd edib ki, əgər neftin qiyməti daha da düşərsə Manat ucuzlaşdırılacaqdır. 

 

Agentliyin fikrincə Azərbaycan Mərkəzi Bankı bu ilin Dekabr ayından məzənnəni operativ tənzimləməyə başlayacaqdır.


Marja.az
Açar sözlər:
  • SON XƏBƏR
  • TREND