MDB-də ən yüksək qiymət artımı Ermənistanda baş verdi


14.03.2019 10:25
250
MDB-də ən yüksək qiymət artımı Ermənistanda baş verdi

2019-cu ilin yanvarında MDB ölkələrində sənaye istehsalı keçən ilin analoji dövrüylə müqayisədə 1,3% artıb.


Ekspress.az xəbər verir ki, bu barədə məlumatı MDB Statistika Komitəsi yayıb. Məlumata görə, cari ilin yanvarında istehlak qiymətləri MDB ölkələrinin ərazisində 1% yüksəlib.


İstehlak qiymətləri ən çox Ermənistanda (1,7%) yüksəlib. Ondan sonrakı yerləri Özbəkistan (1,5%) və Moldova (1,3%) tutub. Ən az artım isə Qazaxıstan (0,5%), Qırğızıstan (0,4%) və Azərbaycanda (0,2%) qeydə alınıb (axar.az).Yanvar ayında MDB ölkələri arasında ən çox Tacikistanda ümumdaxili məhsul artımı (7,3%) yaşanıb.


Ekspress.az