• 1 °C Bakı
  • -8 °C Quba
  • 1 °C Gəncə
  • 0 °C Yevlax
  • -6 °C Naxçıvan

"Votsap"dan daha bir yenilik

04.02.2019 21:20
71
"Votsap"dan daha bir yenilik

“WhatsApp” “Apple” istifadəçiləri üçün yeni mühafizə sistemi tətbiq edib.

 

Ekspress.az xəbər verir ki, İOS üçün yeni buraxılan paket “Touch İD” və ya “Face İD” vasitəsilə mesenceri açmaq imkanını verir. Beləliklə, hətta başqasının telefonuna girməklə də “WhatsApp”a daxil olmaq mümkün olmayacaq.

 

Bunun üçün yeni mesencer versiyasının izahatında göstərildiyi kimi, “Parametrlər” – “Qeydiyyat” – “Məxfilik” komandaları verib ekranda blok düyməsini basmaq lazımdır. (modern.az)

 

Sözügedən mühafizə sistemi istənilən vaxt işə salına və söndürülə bilər.

Açar sözlər:
  • SON XƏBƏR
  • TREND