"Walt Disney"in rəhbəri 2021-ci ildə istefaya gedəcək

12.04.2019 18:26
212
"Walt Disney"in rəhbəri 2021-ci ildə istefaya gedəcək

"Walt Disney Company"nin rəhbəri Robert İqer bildirib ki, o, 2021-ci ildə vəzifəsindən istefaya gedəcək.


Ekspress.az xəbər verir ki, bu barədə CNBC telekanalı məlumat yayıb.


"Güman edirəm ki, müqaviləmin müddəti 2021-ci ilin sonunda yekunlaşacaq… Əvvəl də bu barədə deməyə hazırlaşırdım ki, amma bu dəfə hər şey ciddidir. Mən 2005-ci ilin oktyabrından rəhbərəm. 2021-ci ildə vaxt çatacaq və nəhayət vəzifədən gedəcəyəm", - deyə o bildirib.


Qeyd edilir ki, İqer şirkətlə müqavilənin müddətini iki dəfə uzadıb: əvvəlcə 2018-ci ildə, sonra isə 2021-ci ilə qədər.


İqerin sözlərinə görə, o, artıq şirkətə öz qərarı haqqında bildirib və indi orada mümkün varisi müzakirə edirlər (report).


"The Walt Disney Company"nin əsası 1923-cü ilin oktyabrında Uolter qardaşları tərəfindən qoyulub.


Ekspress.az

  • SON XƏBƏR
  • TREND