Mourinyo Braziliya millisinə rəhbərlik edə bilər

09.06.2019 13:30
100
Mourinyo Braziliya millisinə rəhbərlik edə bilər

Məşhur portuqaliyalı mütəxəssis Joze Mourinyo futbol üzrə Braziliya millisinin baş məşqçisi ola bilər.


Ekspress.az xəbər verir ki, Braziliya Futbol Konfederasiyasının nümayəndələri artıq onunla danışıqlara başlayıblar.


Mourinyoya komanda Titenin rəhbərliyi altında Amerika Kubokunda müsbət nəticə əldə edə bilməyəcəyi təqdirdə müqavilə təklif olunacaq.


Bildirilir ki, portuqaliyalı mütəxəssisin özü yığmadan çox, klubda işləyəmə üstünlük verir, lakin Braziliyada məşqçini razı salmağa çalışırlar (report).


Mourinyo məşqçilik karyerası ərzində "Portu", "Çelsi", "İnter", "Real" və "Mançester Yunayted" kimi komandaları çalışdırıb.


Ekspress.az

  • SON XƏBƏR
  • TREND