Türkiyə ordusu 75 PKK terrorçusunu məhv edib

04.02.2019 20:33
298
Türkiyə ordusu 75 PKK terrorçusunu məhv edib


Türkiyə Silahlı Qüvvələri terrorçulara qarşı mübarizəni davam etdirir.


Ekspress.az Türkiyə KİV-inə istinadla xəbər verir ki, 2019-cu ilin yanvar ayında antiterror əməliyyatları çərçivəsində PKK terror təşkilatının 75 üzvünü zərərsizləşdirib.

 

Türkiyə Silahlı Qüvvələri Baş Qərargahının hesabatında bildirilir ki, bu müddət ərzində bir türk hərbçisi həlak olub, 3 nəfər isə yaralanıb.

 

Bundan başqa, yanvar ayı ərzində terrorçularla əlaqədə şübəhli bilinən 350 nəfər saxlanılıb. Onlardan 108-i həbs olunub.


Açar sözlər: