Pevtsov fəxri kürsünün bir addımlığında qalıb

24.10.2018 12:12
232
Pevtsov fəxri kürsünün bir addımlığında qalıb

Triatlonçuların Tokio Olimpiadasına (2020) lisenziya xalı verən yarışlar silsiləsi davam edir. Belə yarışlardan biri Dünya Kubokunun növbəti mərhələsi Ekvadorun Salinase şəhərində baş tutub.


Təəssüflər olsun ki, Azərbaycan yığmasının lideri Rostislav Pevtsov bəlli yarışda mükafatçılar sırasında yer ala bilməyib. O, Salinasedə 67 atletin iştirakı ilə keçirilən Dünya Kubokunun üçüncüsü olan portuqaliyalı Joao Pereyra ilə yeni nəticə (52 dəqiqə 24 saniyə) göstərsə də hakimlər onu 4-cü yeri veriblər.


Bununla belə, atletimiz aktivinə Tokio Olimpiadasına lisenziya almaq üçün əhəmiyyətli olan yeni reytinq xalları yazdıra bilib. Həmin yarışda çempion adını ispaniyalı David Kastro qazanıb. İkinci yerisə braziliyalı Manoel Messias tutub.


Yeri gəlmişkən, Pevtsov cari mövsümdə Çenqduda (Çin) Dünya Kubokunu udub, Avropa Kuboku olan Qran-Kanarinin ikincisi, Misirin Şarm-əl-Şeyx şəhərində keçirilən Açıq Afrika Kubokunun gümüş medalçısı olub. Hazırda Pevtsov dünya reytinq cədvəlində 15-ci pillədə yer alıb ki, bu da onun Tokio-2020-yə lisenziya almsaq şansını artırır.